“Gənclərin Peşə Hazırlığına Dəstək Proqramı”na start verilib: Kurs müddətində təqaüd və sonda işlə təmin olunmaq imkanı!

Azərbaycan Respublikasının Gənclər Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi gənclərin peşə bacarıqlarının inkişaf edərək əmək bazarında rəqabətə davamlı kadr kimi formalaşması məqsədilə birgə əməkdaşlığa başlayır.

Belə ki, gənclərin müvafiq peşələr üzrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirmək məqsədilə “Gənclərin Peşə Hazırlığına Dəstək Proqramı”na start verilir.

Peşə hazırlığı dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək. Kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Kurslar əmək bazarının tələblərinə uyğun olaraq 20 aktual peşə istiqamətləri üzrə təşkil olunur. Müraciət edən gənclərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaqlar.

Müraciət üçün qeydiyyat linki

İştirak və müraciət ödənişsizdir!

Daha ətraflı:

Belə ki, gənclərin müvafiq peşə üzrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarını genişləndirmək məqsədilə peşə hazırlığı kursları təşkil olunacaq.


Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.


PEŞƏ HAZIRLIĞI NECƏ TƏŞKİL OLUNUR?


İxtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır.



Xidmət haqqında qısa məlumat

Peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.


Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.







Peşə hazırlığı hansı hallarda təşkil edilir?


Peşə hazırlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərinin göndərişi əsasında aşağıdakı hallarda həyata keçirilir:


• işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;


• işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.








Peşə hazırlığı üzrə məşğələlər hansı hissələrdən ibarətdir?


İxtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir:


• peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;


• ixtisas sahələri üzrə təlim;


• innovasiyalar üzrə təlim.


Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər.








Kimlər peşə hazırlığına ödənişsiz əsaslarla cəlb olunurlar?


Aşağıdakı şəxslərin peşə hazırlığı Dövlət Məşğulluq Agentliyinin yerli qurumları tərəfindən ödənişsiz təşkil olunur:


• işsiz şəxslərin;


• “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;


• il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin.


“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.







Peşə hazırlığının təşkili zamanı kimlər üstün hüquqa malikdirlər?


Peşə hazırlığının təşkili zamanı aşağıda qeyd olunan kateqoriyalara aid olan şəxslər üstün hüquqa malikdirlər:


• 3 ildən artıq işləməyənlər;


• peşəsi (ixtisası) olmayanlar;


• şəhid ailəsinin üzvləri.







Müddət və sertifikat


“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə əlavə təhsilin məzmununa uyğun olaraq peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən möhürlə təsdiq edilmiş diplom, sertifikat və digər sənəd verilir.













Sən də peşə sahibi olmaq istəyirsən?


Əgər cavabın "Bəli"dirsə, yiyələnmək istədiyin peşəni seç, şərtlərlə tanış ol və müraciət et!





























Paylaş