Çərşənbə, 18 Mart, 2026

“GƏNCLƏRLƏ İŞ SAHƏSİNDƏ ÇALIŞACAQ TƏLİMÇİLƏRİN HAZIRLANMASI TƏLİM”İ KEÇİRİLƏCƏK


  • Dərc edildi: 26 Fevral, 2018 - 22:07
“GƏNCLƏRLƏ İŞ SAHƏSİNDƏ ÇALIŞACAQ TƏLİMÇİLƏRİN HAZIRLANMASI TƏLİM”İ KEÇİRİLƏCƏK

Gənclər və İdman Nazirliyi, Paris Sorbon Universiteti Panteon I Sorbon Biznes Məktəbi ilə birlikdə 12-16 mart 2018-ci il tarixlərində Qusar Olimpiya Kompleksində “Gənclərlə iş sahəsində çalışacaq təlimçilərin hazırlanması təlim”i keçiriləcəkdir. Təlim kursları Paris Sorbon Universiteti Panteon I Sorbon Biznes Məktəbinin 5 tanınmış professoru- Rida Ballak Hourani, David Litz, Anita Velç,Vesselina Naidenova və Şeri Jegerberq Audet tərəfindən keçiriləcəkdir. Təlim dili Azərbaycan dilində aparılacaqdır. Təlimçi hazırlığında iştirak ÖDƏNİŞSİZDİR. Təlim kursu aşağıdakı mövzular üzrə aparılacaqdır:
  • Layihələrin hazırlanması və maliyyələşdirilməsi üzrə yeni metodların öyrənilməsi və tətbiqi;
  • Yeni təlim üsullarının hazırlanması və gənclərlə iş sektoruna tətbiq edilməsi;
  • Təlimçilərin gənclərlə iş sektoru arasında əlaqələrinin səmərəliliyinin artırılması üçün onların fəaliyyətinin sintezi və qiymətləndirilməsi;
  • Gənclərlə iş sahəsi üzrə mütəxəssislər üçün yeni təlim proqramlarının və layihələrinin hazırlanmasında mənfəətlərin əldə olunması, vasitələrin və onların yollarının araşdırılması;
  • Liderlik idarəetmə nəzəriyyələrinin qiymətləndirilməsi və yeni təlim modullarının tətbiqi;
  • Liderlik ünsiyyəti menecmenti və komanda qurulması modellərinin araşdırılması və qiymətlənmdirilməsi.
  Təlimin sonunda iştirakçılara Paris Sorbon Universiteti Panteon I Sorbon Biznes Məktəbinin sertifikatları təqdim olunacaqdır. 12-16 mart 2018-ci il tarixlərində Qusar Olimpiya Kompleksində “Gənclərlə iş sahəsində çalışacaq təlimçilərin hazırlanması təlim”ində iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan ərizə formasını doldurub 5 mart saat 18:00-a qədər elekton formada [email protected] ünvanına göndərə bilərlər. İştirakçıların təlim yerinə aparılması və geriyə qaytarılması, eləcə də yaşayış və qidalanması təşkilatçı tərəfindən təmin ediləcəkdir.
Əlavə material:
Əlaqələndirici şəxs: Məryəm Məcidova
Vəzifə: Baş katib
Mobil tel: 077 421 11 23
Tel: 012 440 16 31
Fax: 012 440 16 27

Ən Son Məqalələr

Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 29
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 34
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1022
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 442
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 275
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 514
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 141
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 389
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 486
Ödənişsiz və Təqaüdl...