Çərşənbə axşamı, 10 Noyabr, 2026

“GəncLİK” proqramına start verilir


  • Dərc edildi: 27 May, 2019 - 12:53
“GəncLİK” proqramına start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK”(Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir. Son illər ərzində ölkəmizdə gənclər siyasəti sahəsində istər qanunvericilik, istərsə də təcrübi sahədə mütərəqqi addımlar atılır, gənclərin özünü reallaşdırması və potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılır. Gənclərin ictimai həyatda rolunun artırılması baxımından onların qərar qəbul etmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və s. kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdir. “GəncLİK” proqramının məqsədi g

ənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xarici mütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq. Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq. Proqramda iştirak etmək istəyən 27 yaşınadək bakalavr dərəcəsi olan gənclər www.genclider.az internet səhifəsi vasitəsi ilə 24 iyun tarixinədək müraciət edə bilərlər.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 94
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 157
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 178
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 379
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1123
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 429
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 608
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 712
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 824
Trabzon Sağlamlıq Qr...