Bazar, 15 Mart, 2026

“Gəncliyin səsi” festivalı keçiriləcək


  • Dərc edildi: 28 Yanvar, 2018 - 00:15
“Gəncliyin səsi” festivalı keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcəkdir. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. 2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir. Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır. Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulmuşdur. Festival çərçivəsində keçiriləcək tədbirlər:   2 fevral 2018-ci il, saat – 11:00 Festivalın açılışı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı   3 fevral 2018-ci il,

saat – 12:00 Gənc yazarlarla görüş M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası   3 fevral 2018-ci il, saat – 14:00 Prezident təqaüdçülərinin konserti Gənclərin rəsm əsərlərindən ibarət sərgi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi   3 fevral 2018-ci il, saat – 15:00 Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi Gənclərin fotoəsərlərindən ibarət sərgi Masallı “Asan həyat” Kompleksi   3 fevral 2018-ci il, saat – 16:00 “ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası Mingəçevir Dövlət Dram Teatrı   5 fevral 2018-ci il,saat – 15:00 Gənc aşıqların konserti Gədəbəy Aşıq Məktəbi   5 fevral 2018-ci il, saat – 16:00 Gənc yazarlarla görüş Şəmkir rayon Mədəniyyət Mərkəzi   5 fevral 2018-ci il, saat – 15:00 Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi Gənclərin fotoəsərlərindən ibarət sərgi Quba “Asan həyat” Kompleksi   6 fevral 2018-ci il, saat – 19:00 “ASAN Könüllüləri”nin təqdimatında “Bankir adaxlı” tamaşasının premyerası Azərbaycan Dövlət Musiqili Teatrı  

Ən Son Məqalələr

Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 27
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1009
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 419
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 270
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 507
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 137
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 381
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 479
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 575
Məktəblərdə Metodist...