Bazar, 22 Mart, 2026

“Gender bərabərliyi və media azadlığı” mövzusunda təlim


  • Dərc edildi: 11 Yanvar, 2019 - 05:03
“Gender bərabərliyi və media azadlığı” mövzusunda təlim

Media nümayəndələrinin və jurnalistika fakültəsi tələbələrinin nəzərinə! Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində 23-25 yanvar tarixlərində (hər gün eyni təlim olmaqla) “Hilton Baku” otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər təşkil olunacaq. Təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq. 25 yanvar tarixindəki təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub.​ Təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media aza

dlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək. İştirak üçün müraciət etmək istəyən media nümayəndələri, eləcə də jurnalistika fakültələrinin tələbələrindən 19 yanvar 2019–cu il tarixinə qədər özləri haqqında və təlimdən gözləntilərinə dair qısaca yazıb [email protected][email protected] (hər ikisinə) elektron ünvanlarına göndərmələri xahiş olunur. Əlavə məlumat üçün Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsi ilə (012) 498 80 93 və ya Avropa Şurasının Bakıdakı Ofisi ilə (012) 599 11 62 əlaqə saxlaya bilərsiniz.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 198
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 45
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 47
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1046
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 488
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 283
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 527
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 149
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 405
Digital Marketing üz...