Bazar, 1 Mart, 2026

Kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar aşkar edilib


  • Dərc edildi: 10 Yanvar, 2019 - 10:29
Kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar aşkar edilib

Kanadadakı rəsədxanada quraşdırılmış teleskopla müşahidə aparan astronomlar uzaq qalaktikadan gələn sirli radiosiqnallar aşkar ediblər. Fəzada radiasiya partlayışı nəticəsində görünən parlaq işığın mənşəyi elmə məlum deyil. FRB adlanan bu cür 13 partlayışın yaradığı radiosiqnalların 1,5 milyard işıq ili məsafəsindən gəldiyi ehtimal olunur. Britiş Kolumbiya Universitetinin astrofiziki İnqrid Steyrs bildirib ki, bu şüaları planetin başqa nöqtələrindən də müşahidə etmək mümkün olub. Onun sözlərinə görə, alimlər bu nadir kosmos hadisəsinin səbəblərini və mənşəyini öyrənmək üçün müvafiq tədqiqatlar aparmalıdır. Okanaqan vadisində yerləşən Britiş Kolumbiya Universitetinə məxsus CHIME rəsədxanasında10 metr uzunluğu olan yarımsilindrik antenalar kosmosdan gələn sirli radiosiqnallar

ı qəbul edib. Teleskopun yaddaşına yazılmış parlaq qığılcımlar da astrofiziklərə təqdim edilib. Kanadanın MakGill Universitetinin astrofiziki Şriharş Tendulkar qeyd edib ki, qeydə alınan hər iki partlayışdan sonra daxil olan siqnallar bir-birinin bənzəridir. Alim əlavə edib ki, radiosiqnalların oxşarlığı onların eyni mənbədən gəldiyini göstərir, bütün kainatdan keçən və çox qısa olan radiodalğalarının parlaqlığı da ani görünür. İndiyədək alimlər kosmosda bu cür 60 partlayış və radiosiqnallar qeydə alıblar. Onlar istisna etmirlər ki, əngin fəzada hər gün Yerdəki teleskopların görə bilmədiyi bu cür radiosiqnallar yayılır. Onların mənşəyi ilə bağlı ehtimallar arasında neytronların yaratdığı çox güclü maqnit sahəsinin, habelə ulduzların bir-birini udmasının təsiri versiyaları da var.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 295
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 250
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 225
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 426
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 96
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 301
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 420
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 507
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 642
Qarabağda iş imkanla...