Bazar ertəsi, 15 Dekabr, 2025

“Humanitar Elmlərdə Tədqiqat Metodları” Təlim Kursu


  • Dərc edildi: 9 Fevral, 2019 - 23:35
“Humanitar Elmlərdə Tədqiqat Metodları”  Təlim Kursu

“Humanitar Elmlərdə Tədqiqat Metodları” Təlim Kursu (ödənişli) (Bakı şəhəri, mart ayı)   Təlim kursun məqsədi gənclərin tədqiqat sahəsində nəzəri biliklər, praktiki bacarıq və vərdişlərini artırmaqdır. Layihə çərçivəsində 10 dərsdən (moduldan) ibarət təlim-kurs keçirilməsi nəzərdə tutulur. Hər dərs(modul) 2 saatdan ibarətdir və strukturu aşağıdakı formadadır: Mühazirə- 1 saat, suallar və müzakirələr-15 dəqiqə, çay –kofe fasiləsi- 15 dəqiqə, praktiki hissə (qrup işləri və təqdimatları)-30 dəqiqə. Təlim kursunun ilk günündə iştirakçıların təklif və rəyləri əsasında 5 mövzu müəyyən ediləcək. Təlim kursunun nəzəri hissələrində verilən biliklər təlim kursunun praktiki hissələrində həmin mövzulara tətbiq ediləcək və bununla da seçilən 5 mövzu üzrə tədqiat planı qurulacaq. Təlim kursun üstünlükləri və faydaları aşağıdakılardır. Tədqiqat planının qurulması və tədqiqat layihəsini düzgün tərtib etmək

  • Tədqiqat işinin zövqlü bir işə çevrilməsi
  • Tələbələrin öz buraxılış işlərini, sərbəst mövzu, kurs işi, magistr və doktorantura dissertasisyalarının və digər tədqiqat işlərini hər hansı bir köməyə ehtiyac qalmaqdan daha keyfiyyətli şəkildə həyata keçirə bilməsi
  • Tədqiqat işlərində komanda ilə işləmək vərdişləri
  • Tədqiqatların aparılması sahəsində praktiki bacarıq və vərdişlərə yiyələnməsi
Təlim kursun modulları aşağıdakı mövzular və ardıcıllıqla həyata keçiriləcək: 1-ci dərs: Tədqiqatın əsasları və xüsusiyyətləri, əsas anlayışlar, 2-ci dərs:Tədqiqat mərhələləri və tədqiqatların təsnifatı, 3-cü dərs: Tədqiqatlarda məlumat mənbələri və məlumatların toplanması texnologiyaları (birinci və ikinci dərəcəli məlumat mənbələri). Tədqiqatlarda ədəbiyyat icmalı (literature review), 4-cü dərs: Tədqiqatın obyekti, predmeti və nümunələrin seçilməsi, hipotezlərin müəyyənləşməsi 5-ci dərs: Kəmiyyyət tə
dqiqatlarında riyazi modelləşdirilmə, ölçü alətləri və ölçü səviyyələri 6-cı dərs:, Kəmiyyət tədqiqatları və metodologiyaları 7-ci dərs:. Kəmiyyət tədqiqatlarında məlumatların analizə hazırlanması, 8-ci dərs: Kəmiyyət tədqiqatlarında statistik təhlillər. SPSS proqramından istifadə qaydaları, 9-cu dərs: Keyfiyyət tədqiqatları və metodologiyaları 10-cu dərs: Müxtəlif tədqiqat sənədlərinin strukturu və akademik yazı qaydaları Təlim kursu 2017-ci ilin noyabr ayının ikinci həftəsindən başlayaraq hər həftə iki dərs(modul) olmaq şərti ilə 1 ay ərzində həyata keçirilməsi nəzərdə tutulur. Təlim kursundakı modulların vaxtı müraciət edən şəxslərin vaxt rejiminə uyğun seçilməsi nəzərdə tutulur. Təlim-kurs ödənişli əsaslarla həyata keçirilir. Ödəniş fərdi müraciət olduqda 50 manatdır. Korporativ müraciətlər də güzəştlər tətbiq ediləcək. Təlimdəki təqdimatlar və materialları iştirakçılara elektron formada ötürülməsi nəzərdə tutulur. Təlim kursuna müraciət edəcək şəxslər üçün əsas tələblər və meyarlar
  • 18-30 yaş qrupunda olmalıdır.
  • Ali təhsil müəssisələrində bakalavr pilləsində təhsil alan 2-4-ci kurs və magistratura pilləsində təhsil alan tələbələr, elmi tədqiqat institutlarında təhsil alan magistrantlar və doktorantlar
  • Yuxarıdakı meyarlara cavab verməyən lakin hal hazırda tədqiqat işləri ilə məşğul olan və yaş həddi 30 olan şəxslər
  • Yalnız Humanitar (Sosial) elmlər üzrə təhsil almış və ya hal hazırda təhsil alan şəxslər olmalıdır.
  • Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;
  • Təlim kursun bütün dərslərində (modullarında) iştirak etmək imkanına malik olmalıdır.
Təlimdə iştirak etmək istəyən şəxslər 27 fevral 2019-cu il tarixinə qədər CV-lərini [email protected] e-mail ünvanına göndərməlidir. Əlavə məlumat üçün əlaqə telefonu/vatsap: 050 3833072 (İsmayıl Kərimov)

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 88
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 24
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 21
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 57
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 640
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 234
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 208
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 546
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 569
Qubadlıya öz sahiblə...