Bazar ertəsi, 26 Oktyabr, 2026

“İncəsənətə ikinci nəfəs” - Istedart Exhibition - Sərgi / Tamaşa


  • Dərc edildi: 9 Fevral, 2019 - 23:24
“İncəsənətə ikinci nəfəs” - Istedart Exhibition - Sərgi / Tamaşa

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “İstedArt” mədəni-xeyriyyə layihəsi 2018-ci ilin mart ayından etibarən start götürmüşdür. Layihənin məqsədi sağlamlıq imkanları məhdud və ya maddi sıxıntı çəkən uşaqlara incəsənət sahəsində bacarıqlarını aşkarlamaq və inkişaf etdirməkdə dəstək olmaqdır. Layihə Bakı şəhərinin 9 internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum və fiziki məhdudiyyətli, həmçinin Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə olunan uşaqları əhatə edir. Layihənin mart-iyun (2018) aylarında baş tutan 1-ci mövsümündə 43, oktyabr-yanvar (2018-2019) aylarında baş tutan 2-ci mövsümündə isə 55 uşaq iştirak edərə

k rəssamlıq, qrafika, keramika və aktyor sənəti üzrə məşğələlərdə incəsənətin 4 istiqaməti üzrə bilik və bacarıqlara yiyələnmişlər. Ustad dərsləri ölkəmizin istedadlı sənətkarları tərəfindən İçərişəhərin müxtəlif yaradıcı məkanlarında və YARAT Müasir İncəsənət Mərkəzində keçirilmişdir. 11 fevral 2019-cu il tarixində saat 14:00-da isə “İstedArt” layihəsinin 2-ci mövsümü üzrə bağlanış mərasimi keçiriləcəkdir. “İncəsənətə ikinci nəfəs” adı ilə YARAT Müasir İncəsənət Mərkəzində təşkil ediləcək mərasimdə qonaqlara rəsm əsərləri, keramika və plastilindən hazırlanmış əl işlərindən ibarət sərgi nümayiş olunacaq, həmçinin qədim yunan təmsil ustası Ezopun “Qurdlar və quzular” əsəri əsasında hazırlanmış tamaşa təqdim ediləcəkdir.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 105
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 127
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 306
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1047
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 375
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 557
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 651
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 772
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 720
“Biologiyanın intera...