Cümə, 28 Noyabr, 2025
Reklam

Idea Pot: Ətraf mühitə mən necə təsir edə bilərəm


  • Dərc edildi: 29 Noyabr, 2018 - 15:04
Idea Pot: Ətraf mühitə mən necə təsir edə bilərəm

Idea Pot mühazirələr sessiyamızın bu dəfəki qonağı Samir Gadirov sizə fərdlərin ətraf mühitdə nəyi dəyişə biləcəyindən danışacaq və bu sahədəki beynəlxalq təcrübəni sizin ilə bölüşəcək. Danılmaz faktdır ki, dünya əhalisinin böyük hissəsinin istehlak etdiyi,hətta zəruri ehtiyaclarını ödəməyə yetmir. Bir tərəfdən isə böyük miqyasda məhsul və materiallar səmərəsiz istifadə olunur və ya israf edilir. Ancaq belə olmamalıdır. Biz hər kəsin yaşayıb yarada biləcəyi, bütün ehtiyacların qarşılandığı dünyaya sahib ola bilərik. İstehlak edərkən təbii sərvətlərimizin qorunmasını nəzərə almalıyıq ki, bizim övladlarımız , övladlarımızın övladları və onlardan sonra gələn nəsillər də yararlana bilsinlər. İşin ən çətini bu məqsədə necə çatacağımızı müəyyənləşdirməkdir. Təbii sərvətlərimizi daha səmərəli idarə edə və zərərli tullantılardan təmizləyə bilərik. Bundan başqa, qlobal miqyasda adambaşına düşən qida tullantısını yarıya endirə, məişət tullantılarının azaldılması və emalı üçün müəssisələr y

Reklam
arada, istehlakçılar cəlb edə və bu işdə çətinlik çəkən ölkələrə kömək edə bilərik. Spikerimiz Samir Qədirov, bizlərin bunun üçün nə edə biləcəyindən, bu sahədəki beynəlxalq təcübəsindən və kiçik addımlar ilə böyük işlərə necə nail ola biləcəyimizdən bəhs edəcək. Samir Gədirov, Azerbaycan Texniki Universitetində, İqtisad Universitetində və ABŞ-ın Alabama Huntsville şəhərində təhsil alıb. Ömrünün 10 ilini ekoloji fəaliyyət və ətraf mühitin qorunmasına sərf edib. Lets Do it, World Clean Up Day, Earth Hour beynəlxalq layihələrinin Azərbaycanda ilk təşkilatçısı, bir neçə beynəlxalq təşkilatın ölkə üzrə təmsilçisidir. Green Baku təşkilatının rəhbəri, Azərbaycanda ilk 100% təkrar emal olunmuş kağızdan hazırlanan dəftərxanasının ideya müəllifidir. Bu ilin sonundan BMT inkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli proqramında 12-ci dəyər - Məsuliyyətli İstehlak və istehsal məqsədi üzrə gənc səfiridir. Tarix: 30 noyabr 2018-ci il Saat: 19:00 Məkan Caspian Plaza III korpus, 3-cü mərtəbə Giriş sərbəstdir.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
27 Noyabr, 2025 - 21:29 11
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 421
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 154
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 142
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 482
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 516
Qubadlıya öz sahiblə...