Bazar ertəsi, 2 Fevral, 2026

II Maliyyə və İnvestisiya Forumu baş tutdu


  • Dərc edildi: 7 İyun, 2018 - 04:09
II Maliyyə və İnvestisiya Forumu baş tutdu

5 May 2018-ci ildə Pullman Bakı otelində II Maliyyə və İnvestisiya Forumu
baş tutdu. Maliyyə və İnvestisiya Forumu maarifəndirici ictimai platforma
olaraq dünya və Azərbaycanda Maliyyə və İnvestisiya dünyasının ən çox
müzakirə etdiyi trend mövzular ətrafında spikerləri bir araya toplayır və
müzakirələr aparır. Bu ilki spikerlərin mövzuları blokçeyn
texnologiyalarının, süni intellektin bank, sığorta, vergilər və investisiya
sektoruna tətbiqi, fnteklərin meydana gəlməsi, start-up maliyyələşməsində
yeniliklər və kriptovalyutaların ilkin təklif kimi mövzular ətrafında oldu və
iştirakçılar tərəfndən geniş müzakirəyə səbəb oldu.
Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. Bu ilki forumda 300-dək
şirkətdən 500-dən çox mütəxəssis iştirak edib. Forum yerli və xarici
mediada böyük marağa səbəb olub, forumda səslənən fkirlərə dünyanın
müxtəlif media mənbələrində istinadlar edilmişdir.
Forumda bir gün ərzində 3 panel - “Vergi siyasəti və mühasibat uçotu”,
“Maliyyələşmə Strategiyaları” və “İnvestisiya Strategiyaları” panelləri üzrə
keçirilmişdir.
Builki Forumda 3 xarici ekspert, yerli bank, sığorta və investisiya
təşkilatlarının o cümlədən Maliyyə Bazarlarına nəzarət Palatası və Vergilər
Nazirliyinin nümayəndələri spiker qismində çıxış etmişdir.
Rəqəmsal iqtisadiyyatın inkişafı, beynəlxaq çağırışlar Azərbaycanın maliyyə,
investisiya sektoruna təsirsiz ötüşmür. Forum interaktiv formatda keçirilmiş
və ekspertlər gələcək trendlər və Azərbaycanın maliyyə və investisiya
sektoruna təsiri mövzusu ətrafında auditoriyanı maraqlandıran çoxsaylı
sualları cavablandırıb. Blokçeyn texnologiyalarının maliyyə və investisiya
sektporuna təsiri mövzusu iştirakçılarda xüsusi maraq oyatmışdır.
Ötən il olduğu kimi builki forumun keçirilməsində də əsas məqsəd
ölkəmizdə maarifəndirici təqdbir olaraq rəqəmsal iqtisadiyyatın inkişafının
genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq
tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi
Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi
istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 145
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 236
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 350
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 453
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 53
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 338
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 59
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 122
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 141
Zirə qəsəbəsinə aqro...