Bazar, 8 Fevral, 2026

"İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə


  • Dərc edildi: 28 May, 2019 - 14:02
"İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə

"İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihənin hazırlığı uğurla davam edir. Azərbaycan Gənlər Fondunun dəstəyi ilə növbəti layihə icra olunur. “Odlar Yurdu” Gənclər İB Nəsimi ilə bağlı layihə icra edir. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir. 1 aprel tarixində start götürən layihənin hazırlıq mərhələsi uğurla davam edir. Mütəfəkkir şairin 2019-cu il ərzində 650 yubileyi ölkə səviyyəsində təntənəli qeyd edilir. İcra olunan layihə isə cənab İlham Əliyevin sərəncamından irəli gələrək Nəsimi irsinin öyrənilməsi, təbliği, dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roll, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkili məqsədi daşıyır. Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə layihə çərçivəsində​ «İKİ ALƏMDƏ VARIM...» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb. Mənbə olaraq Qəzənfər Paşayevin "Nəsiminin İraq Divanı" kitabından və digər mənbələrdən istifadə olunub. Qısa zaman sonra audio kitab internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq. Həmçinin layihə çərçivəsində Nəsiminin həyat və yaradıcılığına aid maraqlı məlumatları əks etdirən kitabça hazırlanır.

Həm ingilis həm azərbaycan dilində olan kitabça konkret məlumatları özündə əks etdirən maarifləndirici vasitə rolunu oynayacaq. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirilib. Hal-hazırda isə bədii ştrixlərlə zəngin sənədli filmin üzərində iş gedir. Filmdə gələcəkdə ingilis və türk dillərində alt yazılar da yer alacaq ki, xarici ölkələrdə təbliğat aləti kimi istifadə olunsun. Filmin çəkilişi​ yekunlaşdıqdan sonra Bakı və Gəncə şəhərində təntənəli təqdimat mərasimləri keçiriləcək. Ümumilikdə 1000 nəfərə yaxın gəncin, ictimai xadim, rəsmi şəxslərin, səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin və medianın iştirakı ilə təntənəli təqdimat mərasimləri yekunlaşdıqdan sonra respublikada fəaliyyət göstərən gənclər mərkəzlərində (Bakı şəhərində 5 gənclər evi (Bakı, Sabunçu, Xəzər, Binəqədi, Qaradağ) Sumqayıt, Şəmkir, Mingəçevir, Qazax və s. gənclər evləri) təqdimatlar keçiriləcək. Layihə 1 iyul tarixində yekunlaşsa da, davamlılığı kimi paytaxt və regionlarda ali təhsil müəssisələrində, orta məktəblərdə 2019-cu ilin sonunadək müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub. Hörmətlə, Odlar Yurdu Gənclər İctimai Birliyinin Baş Katibi ,Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Vəliyev Ruslan. Tel:0703701072 Gmail:[email protected] Email:[email protected]

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 136
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 278
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 36
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 200
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 293
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 395
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 501
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 69
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 361
Ted1.az saytı SATILI...