Çərşənbə axşamı, 10 Noyabr, 2026

Jurnalistlər və bloqqerlər üçün 3 günlük təlim


  • Dərc edildi: 28 May, 2019 - 12:58
Jurnalistlər və bloqqerlər üçün 3 günlük təlim

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçünreproduktiv sağlamlıq və hüquqlar mövzusunda Kampaniyanın İşçi Qrupu tərəfindən 31 may – 02 iyun 2019 tarixlərində keçiriləcək 3 günlük təlim kursuna dəvət! Kampaniyanın əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılmasıdır. Təlim reproduktiv sağlamlıq və hüquqlar üzrə mövzuların və “HAQQINA SAHİB ÇIX!” kampaniyasının münasib şəkildə mediada işıqlandırılmasına xidmət edir. Bu təlim, həmçinin Kampaniyanın media ilə əməkdaşlığa dair digər təşəbbüslərində (media müsabiqəsi, illik media mükafatlandırılması, Kampaniyanın media meneceri vəzifəsində iş imkanı və s.) iştirak etmək üçün önəmli komponentdir. Kampaniyanın İşçi Qrupunun bir neçə üzvü Azər Mehtiyev, Əvəz Zeynallı, İlhamiyyə Rza, Nicat Gözəlov və Vasif İsmayıl 3 gün ərzində təlimçi qismində reproduktiv sa

ğlamlıq mövzusunun tibbi, hüquqi, əxlaqi-mənəvi, iqtisadi və psixoloji müstəvilərini əhatə edəcəklər. Təlimin metodologiyasına təqdimatlar, keyzlərin təhlili, qrup çalışmaları, müzakirələr və nəticələrin əldə edilməsi daxildir. Kursun bütün günlərində nizamlı iştirak etmək MÜTLƏQ VƏ YEGANƏ ŞƏRTDİR. Təlimdə maksimum 20 iştirakçı üçün yer nəzərdə tutulub. Qeydiyyatdan mümkün qədər tez keçməniz iştirak şansınızı artıracaq. Təlimdə 3 gün ərzində nizamlı iştirak edən iştirakçılar təlimin sonunda sertifikatla təltif olunacaq. Regiondan gələn jurnalistlərə üstünlük veriləcəkdir, həmçinin onların yol xərcləri tam ödəniləcəkdir. Təlimlərdə iştirak: Pulsuzdur Təlimin tarixi: 31 may – 02 iyun 2019 (10:00-17:00) Təlimin məkanı: RİQC-in ofisi Qeydiyyat: [email protected] və [email protected] e-mail ünvanlarına müraciət etməklə ərizə formasını əldə edə bilərsiniz Ərizənin son qəbul tarixi: 30 may, saat 12:00 Əlaqələndirici şəxs: Leyla Orucova Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Bakı şəhəri, A. Cəlilov küç. 26, mən. 98 Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 94
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 157
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 178
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 379
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1124
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 430
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 608
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 712
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 824
Trabzon Sağlamlıq Qr...