Çərşənbə, 25 Mart, 2026

Karyera planlaması təlimləri, iş axtarışı praktikası - “İş klubu 3” layihəsinə qeydiyyat!


  • Dərc edildi: 27 Sentyabr, 2022 - 22:51
Karyera planlaması təlimləri, iş axtarışı praktikası - “İş klubu 3” layihəsinə qeydiyyat!

“İş klubu 3” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən təşkil edilən “İş klubu 3” layihəsinə qeydiyyat başlayıb. Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər. Peşəkar ekspertlər tərəfindən iki həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında məlumatlar �
�türüləcək. Layihənin başlama tarixi: 10 oktyabr 2022-ci il Son müraciət tarixi: 3 oktyabr 2022-ci il Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq. İş Klubu peşəyönümü məsləhət xidmətlərinin hədəf qrupları üçün əlçatanlığını, göstərilən xidmətin keyfiyyətini və öyrənilmiş məlumatların praktiki olaraq sınaqdan keçirilməsinə imkan verən qrup məşğələlərindən ibarətdir. Müraciət etdikdən sonra təshil statusunuz, yaşınız, iş axtarış müddətiniz və qarşılaşdığınız çətinliklər nəzərə alınaraq sizə uyğun yaxın tarixdə açılacaq qrupa dəvət olunacaqsınız. İş Klubunda iştirak vətəndaşlar üçün tamamilə ödənişsizdir və hər kəsin iştirakı mümkündür. DİQQƏT! Xidmətdən yararlana bilməyiniz üçün qeyd etdiyiniz məlumatların doğruluğundan əmin olmağınız lazımdır. Qeydiyyat linki: https://forms.gle/PFgLrVAes6EWZ9ah6

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 166
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 296
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 58
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 55
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1060
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 292
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 537
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 159
VI Azərbaycan Astron...