FLEX proqramı çərçivəsində ABŞ-da yaşa və təhsil al! - Gələcək Liderlərin Mübadilə Proqramı



Gələcək Liderlərin Mübadilə Proqramı


FLEX-i kəşf et, Dünyanı kəşf et!


FLEX proqramı nədir?


Amerika Birləşmiş Ştatları xalqından Avrasiya (keçmiş Sovet İttifaqı ölkələri) xalqlarına dostluq əlini uzatmaq üçün 1992-ci ildə ABŞ Konqresi tərəfindən ”Azadlıq” Dəstək Aktı (FSA) qəbul edildi. Bu gün həmi proqram Gələcək Liderlər Mübadiləsi (FLEX) Proqramı adlanır. FLEX proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu (ECA) tərəfindən maliyyələşdirilir. FLEX proqramı Avrasiya və Avropan gənclərinə ABŞ məktəblərində oxuyarkən və amerikalı ailədə yaşayarkən bir akademik il ərzində Amerika həyat tərzini müşahidə etmək və yaşamaq imkanını verərək ölkələrimiz arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmağı hədəfləyir.


FLEX proqramı, 11-ci sinif şagirdləri üçün ilk uzunmüddətli hərtərəfli proqramdır. FLEX proqramı, mövcud olduğu 27 il ərzində 26 mindən çox orta məktəb şagirdinə təqaüd vermişdir. Bu proqram vasitəsilə, ABŞ-da 1000-dən çox azərbaycanlı şagird təhsil alıb.


Fiziki cəhətdən məhdudiyyətləri olan şagirdlər də müsabiqədə iştirak etməyə dəvət olunurlar. Hər il müəyyən sayda fiziki məhdudiyyətli yuxarı sinif şagirdləri FLEX proqramı çərçivəsində ABŞ-da yaşayır və təhsil alır. Bu günə kimi görmə, eşitmə və digər fiziki qüsurlu bir çox şagirdlər proqramdan faydalanıblar.


Təqaüd vasitəsilə nələr təmin edilir?


FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim olunan təqaüd aşağıdakıları təmin edir:





  • Yaşayış yerindən ABŞ-a və geriyə pulsuz bilet;




  • Şagirdlərə ictimai həyatda iştirak etməyə və şəxsi istifadə əşyalarını almağa imkan verən aylıq təqaüd;




  • İştirakçının bir il ərzində onun üçün seçilmiş ailəsində yerləşdirilməsi;




  • Orta məktəblərə qəbul;




  • Proqramdan əvvəl və sonra keçirilən hazırlıq da daxil olmaqla, orientasiya (istiqamətləndirmə) proqramında iştirak;




  • ABŞ-da müxtəlif tədbirlərin təşkili;




  • ABŞ-a gəlməzdən əvvəl olan xəstəliklər və stomoloji yardım istisna edilməklə təbii siğorta.




Təqaüd vasitəsilə nə təmin edilmir?


FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim edilən təqaüd aşağıdakıları təmin etmir:





  • Beynəlxalq pasportun alınması;




  • Normadan artıq olan yüklərin keçirilməsi;




  • Doğma ölkə ilə telefon danışıqları və internetdən istifadə ilə bağlı xərclər;




  • Şagirdin şəxsi xərcləri aylıq təqaüd ilə təmin olunmur.




ABŞ Hökuməti bu proqramı niyə maliyyələşdirir?


ABŞ Hökuməti düşünür ki, gənclərm üçün məna yüklü imkanlar yaratmaq önəmlidir. Bu imkanlar onlara qlobal perspektivlər verəcək, evdə, işdə və beynəlxalq münasibətlərdə parlaq gələcək təmin edəcəkdir. Bütün dünya daha müstəqil olduqca həm amerikalı gənclər, həm də dünyanın müxtəlif yerlərindən olan gənclər bir-birləri, digər xaqlar və dövlətlər haqqında daha çox öyrənmək istəyirlər.


II Dünya Müharibəsinin bitməsindən bəri gənclər mübadiləsi bir çox dövlətlər arasında tanınmış və qəbul edilmiş bir anlayış halına gəldi. Mübadilə ölkələrin və xalqlarının başqa millətləri və mədəniyyətləri daha dərindən başa düşmək istəyindən yaranmışdı. Təhsil və mədəni mübadilə proqramlarının araşdırılması göstərir ki, iştirakçılar (tələbələr, ailələr və icmalar) başqa mədəniyyətləri öyrənməkdən və digər ənənələr, dəyərlər və baxışlardan məlumatlı olmaqdan faydalanırlar.


Proqramda kimlər iştirak edə bilər?


FLEX proqramın çərçivəsində ABŞ-da təhsil alacaq şagirdlərin seçimi açıq müsabiqə əsasında keçirilir və iştirakçılar heç bir ödəniş etmirlər.


Müsabiqədə iştirak etmək istəyən hər bir Azərbaycan şagirdi aşağıdakı tələblərə uyğun olmalıdır:





  • Müsabiqə keçirilən zaman 11-ci sinif şagirdi olmalı;




  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün indilis dili biliklərini nümayiş etməlidirlər;




  • Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;




  • Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.




Proqramda kimlər iştirak edə bilməz?





  • Tələblərə cavab verməyənlər;




  • Ailəsi ABŞ-a mühacirət üçün müraciət üçün müraciət edən və ya mühacirət etmək niyyətində olan hər bir kəs




Şagirdlər necə seçilirlər?


Bu proqram üçün seçim prosesi Azərbaycanın müxtəlif rayonlarında yerləşən test mərkəzlərində sentyabrdan dekabra qədər baş tutur. Seçim prosesi 3 mərhələdən ibarətdir:


Round 1: İngilis dili testi;


Round 2: İngilis dilində inşalar yazmaq;


Round 3: İştirakçılar və onların valideynləri ilə görüş, standart ingilis dili testi, inşa, qrup fəaliyyəti, müsahibə və müraciət forması.


Qaliblər və alternativ qaliblər ABŞ-dan olan, təcrübəli mütəxəssislərdən ibarət müstəqil komissiya tərəfindən seçilir. Seçimlər namizədlərin tamamlanmış müraciət formaları, müəllimlərin təqdim etdiyi rəylər, namizədlərin ingilis dili bilikləri və tibbi vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. Bütün müraciətlərə müəyyən edilmiş meyarlar əsasında baxılır.


Proqramda iştirak etməyin faydaları nələrdir?


FLEX proqramı şagirdlərə ABŞ-ın xalqı və mədəniyyəti ilə tanış olmaq və həmçinin digər şəxsləri öz ölkələri və mədəniyyətləri ilə tanış etmək imkanı yaradır. Şagirdlər digər mədəniyyəti qiymətləndirməyi və anlamağı öyrənəcək, iki ölkə arasında əlaqələri inkişaf etdirməkdir hansi ki, bizə bir- birimizi daha yaxşı tanımağa, ölkələrimizin mədəniyyətini, adət-ənənələrini, həyata baxışını öyrənməyə kömək edəcəkdir.


Mübadilə həm amerika cəmiyyəti, həm də Azərbaycan cəmiyyəti üçün faydalı olacaqdır. Azərbaycandan gələn tələbələr FLEX proqramının təqaüdçüləri, “gənc elçilər” ABŞ-da öz mədəniyyətlərini başqaları ilə bölüşməklə bərabər, vətənlərinə qayıtdıqdan sonra ətradakıları da amerika mədəniyyətinin bəzi tərəfləri ilə tanış edəcəklər..


Hansı qüsurlar meydana çıxa bilər?


Bu proqramla maraqlanan şagirdlər üçün mübadilə proqramında iştirakın mümkün mənfi aspektlərini də bilmək zəruridir:





  • ABŞ-a getməzdən əvvəl universitetə/instituta qəbul olduqda, universitet/institut sizə akademik məzuniyyət verməyə bilər;




  • Vətənə geri qayıtdıqdan dərhal sonra hərbi xidmətə çağırıla bilərsiz;




  • ABŞ orta məktəblərinin tədris proqramı Azərbaycanın tədris proqramından əhəmiyyətli dərəcədə fərqlənir. Ola bilsin ki, ABŞ-da öz ölkənizdəki məktəb proqramında nəzərdə tutulduğundan tamamilə fərqli olan dərslər keçəsiniz.




Proqramın təşkilinə kim cavabdehdir?


Müsabiqənin keçirilməsi, namizədlərin seçilməsi, orientasiya proqramının keçirilməsi ilə Amerika Beynəlxalq Təhsil Şurası: ACTR/ACCELS məşğul olur. Amerika Beynəlxalq Təhsil Şurası: ACTR/ACCELS bir humanitar təşkilatdır. Biz ABŞ, Şərqi Avropa, Avrasiya və Balkanlarda fəaliyyət göstəririk.

Müraciət linki: www.discoverflex.org/apply

Əlavə məlumat email yazın: [email protected] və ya zəng edin: 0124367529/30













Paylaş