Şənbə, 28 Fevral, 2026

"Kapital Bank" da - Təcrübə proqramı və 30


  • Dərc edildi: 14 İyun, 2018 - 07:23
"Kapital Bank" da - Təcrübə proqramı və 30

Axtardığınız işi bizdə tapın! Əgər siz: • Ali təhsilli • Bilikli • Məsuliyyətli • İş axtarışındasınızsa Bakıda və bir çox bölgələrdə işçi axtarışı elan edən Kapital Bank sizi peşəkar komandamızın üzvü olmağa çağırır.

Vakansiyalar

    Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi Şöbəsində Kiçik mütəxəssis, Mütəxəssis və Aparıcı mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Öhdəliklər

    • Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi, hesabatların hazırlanması;
    • Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
    • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
    • İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi;
    • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində iştirak etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
    • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
    • Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
    • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
    • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

    Tələblər

    • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
    • Yüksək ünsiyyətqurma qabiliyyəti;
    • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
    • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
    • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
    • Bank əməliyyatları sahəsində mütəxəssis üçün minimum 1 il, aparıcı mütəxəssis üçün isə minimum 2 illik iş təcrübəsi.
    Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

    Ümumi məlumat

    Kapital Bank namizədləri Partnyor Şəbəkəsinin İdarə Edilməsi departamentinə Bankın POS terminal məhsulu üzrə satış və müştəri cəlb edilməsi üzrə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Öhdəliklər

    • POS terminal məhsulu üzrə banka partnyorların cəlb edilməsi
    • Partnyorlarla görüşlərin təşkili
    • POS terminallar üzrə partnyorlardan müvafiq sənədlərin əldə edilməsi
    • POS terminal bazarı üzrə təhlillərin aparılması

    Tələblər

    • Ali təhsil;
    • Yüksək səviyyədə satış bacarıqları;
    • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
    • Komandada işləmə bacarığı və dəqiqlik;
    • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
    • Sahə üzrə 2-3 illik iş təcrübəsi;
    • Yüksək səviyyədə MS Office proqramları üzrə biliklər.
    Ətraflı məlumat üçün ▶ kapitalbank.az/career

    Ən Son Məqalələr

    SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
    27 Fevral, 2026 - 00:08 282
    SOCAR-ın Sumqayıt və...
    Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
    16 Fevral, 2026 - 22:18 235
    Autizmli gənclərin t...
    Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
    04 Fevral, 2026 - 03:47 224
    Məktəblilər üçün "FI...
    Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
    04 Fevral, 2026 - 03:32 426
    Azercell Tələbə Təqa...
    VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
    02 Fevral, 2026 - 23:51 94
    VI Azərbaycan Astron...
    Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
    28 Yanvar, 2026 - 18:11 292
    Digital Marketing üz...
    Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
    28 Yanvar, 2026 - 17:05 419
    Ödənişsiz və Təqaüdl...
    Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
    24 Yanvar, 2026 - 17:56 504
    Məktəblərdə Metodist...
    Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
    24 Yanvar, 2026 - 16:07 638
    Qarabağda iş imkanla...