Bazar ertəsi, 15 İyun, 2026

“Karyera Akademiyası” layihəsi


  • Dərc edildi: 17 Mart, 2019 - 16:19
“Karyera Akademiyası” layihəsi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Karyera Mərkəzi "Karyera Akademiyası" layihəsinə start verir! “Karyera Akademiyası” layihəsinin əsas məqsədi ADBTİA gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, xüsusilə idman sahəsində karyeraya hazırlıq, natiqlik bacarıqlarının inkişaf etdirilməsi, iş müsahibəsinə hazırlıq, karyerada xarici dil biliklərinin əhəmiyyəti və s. kimi fəaliyyətlərin sistemli öyrənilməsini özündə ehtiva edir. Dəvət olunacaq təlimçilər və çıxış edəcəkləri mövzular: 1.Nəcəf Allahverdiyev "KarnegiKlub"un təsisçisi beynəlxalq dərəcəli təlimçi, kouç. Mövzu: "Natiqlik bacarıqları" Tarix: 13.04.2019 2. Mehman Kərimov Milli Olimpiya Komitəsinin marketinq direktoru. Mövzu: "İdmanda Karyera" Tarix: 20.04.2019 3. Elvin Dadaşsoy "Panda School"un rəhbəri, biznes təlimçi. Mövzu: "0-dan biznesini qur!" Tarix: 27.04.2019 4. Toğrul Ələkbərov Şəxsi inkişaf və karyera planlaması üzrə təlimçi və məsləhətçi. Mövzu: "Karyera Planlaması" Tarix: 04.05.2019 5. Günay Rəsulova Dərs Evinin marketinq şöbəsinin rəhbəri və “you will speak” bloqunun təsisçisi Mövzu: " İş müsahibəsinə hazırlıq" Tarix: 11.05.2019 İştirakçıların seçim meyarı: -Azərbaycan Dövlət Bədən

Tərbiyəsi və İdman Akademiyasında təhsil almalı; - Yüksək motivasiyalı və aktiv biri olmalı; - Öyrənməyə və təcrübə paylaşımına həvəsli olmalı; - Məsuliyyətli olmalı; - Bütün təlimlərdə iştirak etməli; Layihənin hər həftənin şənbə günü olmaqla 5 həftə ərzində, yəni 13.04.2019-11.05.2019 tarixləri arasında həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihədə seçilmiş 25 nəfər iştirak edəcək və sonda bütün iştirakçılara sertifikat təqdim olunacaq. Layihə üzrə seçimlərə qatılmaq üçün qeydiyyat linki: https://goo.gl/forms/RasDIcg2s4SkOtEI2 Son qeydiyyat tarixi: 07.04.2019 Saat: 23:59 Ətraflı məlumat üçün: ADBTİA Karyera Mərkəzi 132-ci otağa yaxınlaşa bilərsiniz. Elektron poçt ünvanı: [email protected] Əlaqə nömrəsi: +994 77 571 72 90 Karyera Mərkəzi

Ən Son Məqalələr

 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 86
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 176
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 277
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 236
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 227
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 477
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 695
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 298
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 290
Sumqayıtlı müəllimə ...