Cümə axşamı, 26 Mart, 2026

“Kəşf et – Öyrət” layihəsi yekunlaşıb


  • Dərc edildi: 9 Fevral, 2020 - 19:18
“Kəşf et – Öyrət” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “Kəşf et – Öyrət” layihəsi yekunlaşıb. Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi Manafova Firəngiz Anar qızının 04.02.2020-07.02.2020-ci il tarixində 4 gün müddətinə icra etdiyi "Kəşf et - öyrət" layihəsi yekunlaşıb. Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti, "Miqrasiya Könüllüsü" İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutub. Təlimlərin yekunu ilə bağlı “Miqrasiya Könüllüsü” İctimai Birliyində tədbir həyata keçirilib. Təlimlərdə xüsusi qeydiyyat və müsahibə ilə seçilən 30 nəfər gənc iştirak edib. Mədəni - tarixi abidələrin gənclər arasında təbliğinə yönələn layihənin həyata keçirilməsində məqsədi gənclərin mədəni dəyərlərimizdən məlumatlılıq dərəcəsinin artırılması, bloq fəaliyyətini düzgün şəkildə istiqamətləndirmək və gənclərin öz şəxsi imkanlarından istifadə edərək mədəni dəyərlərin təbliğinə yönəlmiş fəaliyyətlərinə dəstək verməkdən ibarət idi.   Layihənin I və II günü iştirakçılar bloggerliklə bağlı təlimçi Zamiq Əsgərzadə tərəfindən verilən məlumatlarla tanış olub. Təlimlər qeyri-formal təhsil metodu ilə keçirilib. Həmçinin, II gün Rəşad Mirzəzadə tərəfindən “memarlıq fotoqrafiyası” barədə detallardan danışılıb, lazimi info

rmasiyalar verilib. Layihənin III günündə iştirakçıların “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyası təşkil edilib. "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Ramin Cəfərov iştirakçılara könüllülüyün gənclərin inkişafında rolunu vurğulayıb, tarixi-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən danışıb. Qoruğun bələdçisinin müşayiəti ilə iştirakçılar açıq hava muzeyindəki tarixi-mədəni dəyərlərimiz haqda ətraflı məlumat əldə ediblər. İştirakçılar burada təlim müddətində öyrəndiklərini praktiki olaraq tətbiq etmək imkanı əldə ediblər. Layihə çərçivəsində 4 gün ərzində ən yaxşı bloqun sahibinə hədiyyə təqdim olunub. Layihə iştirakçıları sertifikatla təmin edilib. Sonda xatirə şəkli çəkilib.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 175
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 337
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 59
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 56
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1062
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 513
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 295
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 540
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 160
VI Azərbaycan Astron...