Cümə axşamı, 22 Oktyabr, 2026

Lənkəranda 3 günlük ÖDƏNİŞSİZ nəzəri-praktik konfransda iştirak et!: “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər”


  • Dərc edildi: 23 Sentyabr, 2022 - 07:12
Lənkəranda 3 günlük ÖDƏNİŞSİZ nəzəri-praktik konfransda iştirak et!: “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər”

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanıldı.
Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 01 sentyabr – 01 dekabr 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 21-23 oktyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər yerləşdirilən müvafiq elektron ərizə formasını (QEYDİYYAT ÜÇÜN DAXİL OL) 30 sentyabr 2022-ci il, saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 10 oktyabr 2022-ci il tarixində açıqlanacaqdır.
Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 74
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 103
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 282
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 982
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 355
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 536
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 626
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 753
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 700
“Biologiyanın intera...