Bazar, 1 Mart, 2026

19də Yeni Çağırışlar III Beynəlxalq Forumu


  • Dərc edildi: 22 Sentyabr, 2022 - 06:52
19də Yeni Çağırışlar III Beynəlxalq Forumu

19də Yeni Çağırışlar III Beynəlxalq Forumu 2022-ci il noyabrın 5-də keçiriləcək. Forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə hibrid formatda keçiriləcək. Forumda iştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək. Əyani iştirak yalnız dəvətnamə ilə mümkündür. Dəvətnamələr yalnız Beynəlxalq Forumun Təşkilat Komitəsi tərəfindən qonaqlara təqdim ediləcək. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh Ətraflı məlumat: Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. "Daha təhsilli gələcək" şüarı ilə baş tutacaq Forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını

əhatə edəcək. Forumun əsas müzakirə sualları aşağıdakılardır: -Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir? Hansı yeni yanaşmalara, yeni məktəb modellərinə ehtiyac var? -Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq? -Məktəb həyatını həyat məktəbinə çevirmək üçün hansı çağırışlara cavab verilməlidir? Gələcəyə necə insan hazırlamalıyıq? -Yeni çağırışlar təhsilin məqsədi və vəzifələrini hansı istiqamətdə dəyişir və ya dəyişməlidir?" Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini, İƏİT-in "Təhsil və bacarıqların gələcəyi - 2030" sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur. Forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq. Beynəlxalq forumun digər spikerləri barədə yaxın günlərdə məlumat veriləcək. Xatırladaq ki, keçən illərdə baş tutan hər iki Təhsildə Yeni Çağırışlar Beynəlxalq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev açılış çıxışı edib. 15 minə yaxın mütəxəssisin qoşulduğu hər iki Forumda əsas məruzəçi Andreas Şleyxer olub. Forumda tanınmış təhsil mütəxəssisləri Philip Kotler, Sal Khan, Maykl Fullan, Anant Aqarval və digərləri çıxış ediblər.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 295
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 250
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 225
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 426
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 96
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 301
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 420
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 507
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 642
Qarabağda iş imkanla...