Cümə axşamı, 5 Mart, 2026

MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLI KEÇİRİLƏN DÜŞƏRGƏ YEKUNLAŞMIŞDIR


  • Dərc edildi: 27 Oktyabr, 2019 - 20:23
MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLI KEÇİRİLƏN DÜŞƏRGƏ YEKUNLAŞMIŞDIR

MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLI KEÇİRİLƏN DÜŞƏRGƏ YEKUNLAŞMIŞDIR.. 25, 26, 27 oktyabr 2019-cu ildə Masallı rayonu, Qala İstirahət Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Gənclərin məşğulluq imkanlarının artırlmasına dəstək” layihəsi çərçivəsində düşərgəyə yekun vurulmuşdur.Bu barədə məlumat verən layihə rəhbəri Raci Səfərov bildirmişidir ki, layihənin məqsədi region gənclərinin işə qəbul zamanı tələb olunan bacarıqlarının təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırlmasına dəstək olmaqdır. Layihənin müddəti üç ay olmaqla 01 sentyabr - 01 dekabr 2019-cu il tarixləri əhatə edir.Layihə çərçivəsində müraciət etmiş gənclər arasından seçilmiş Bakı, Mingəçevir, Şəki, Qazax, Biləsuvar, Lənkəran, Cəlilabad, Cəbrayıl, Xocavənd, Zərdab, Lerik, Ağdam rayonlarının gənclərindən ibarət 25 nəfər iştirakçı arasında üç günlük olmaqla düşərgə təşkil edilmişdir. Düşərgədə iki günlük təlimlərdə iştirakçılara təqdimat bacarıqları, bacarıqların təhlili, işə müraciət qaydaları, ünsiyyət qurmaq bacarıqları, zamanın idarə edilməsi, komanda işinin qurulması, CV yazılışı qayda

ları, müsahibə zamanı diqqət ediləsi məqamlar, özəl və dövlət qulluğunun fərqi mövzularında təlimlər keçirilmişdir. Təlimləri beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Layihədə nəzərdə tutulmuş facebook sosial şəbəkəsində “Gənclərin məşğulluğuna dəstək” adlı qrup yaradılmışdır. Düşərgənin sonuncu günü iştirakçılar Masallı rayonunda yerləşən Asan Xidmət Mərkəzinə, İstisu müalicə sanatoriyasına və Masallı Sənaye Məhəlləsinə ekskursiya etmişdir və müxtəlif peşə sahələri ilə tanış olmuşlar.Düşərgədə qonaq kimi Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov iştirak etmişdir. “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 903
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 300
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 241
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 448
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 108
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 339
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 437
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 530
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 661
Qarabağda iş imkanla...