Şənbə, 31 Oktyabr, 2026

“Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsi keçirilib


  • Dərc edildi: 27 Oktyabr, 2019 - 18:51
“Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsi keçirilib

26.10.2019-cu il tarixində Beyləqan Gənclər Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsi çərçivəsində Beyləqan seçim turu təşkil edilmişdir. İntellektual yarış formatında keçirilən tədbir Beyləqan rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Heyət sayı 5 nəfərdən ibarət 9 komandanın iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mürsəl Behbudlu layihə və yarışın formatı barədə ətraflı məlumat vermişdir. Çıxış edən təşkilatın sədri Tural Əliyev Cənab Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsindən, Gənclər Fondunun fəaliyyətindən və bu sahədə aparılan məqsədyönlü və uğurlu siyasətdən geniş söz açmışdır.

Təhsil Nazirliyinin Beyləqan rayonu üzrə təhsil meneceri Cavid Məmmədov isə intellektual oyunların şagirdlərin dünyagörüşünün genişlənməsinə böyük faydası olduğunu xüsusi vurğulamışdır. İmran Yaqubzadənin aparıcılığı ilə start verilən yarış gərgin mübarizə şəraitində keçmişdir. 16 suallıq beyin savaşının sonunda 9 suala düzgün cavab verən Beyləqan şəhər 1 saylı tam orta məktəbin “Xpertlər” komandası qalib olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində keçiriləcək finala vəsiqə qazanmışdır. Digər komandalara isə həvəsləndirici sertifikatlar təqdim olunmuşdur.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 26
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 119
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 143
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 325
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1065
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 389
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 571
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 672
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 785
Trabzon Sağlamlıq Qr...