Bazar, 18 Oktyabr, 2026

Masallıda işsiz, iş axtaran və biznesini qurmaq istəyən gənclərin nəzərinə!


  • Dərc edildi: 2 Fevral, 2018 - 01:36
Masallıda işsiz, iş axtaran və biznesini qurmaq istəyən gənclərin nəzərinə!

Masallı SYSLAB Mərkəzi iştirakçı seçimi elan edir. Gənclərin Təlim və Məşğulluq Mərkəzi olan Masallı SYSLAB Mərkəzi 2016-cı ilin avqust ayından Masallı rayonunda fəaliyyət göstərir. Layihə BMT İP, USAİD və ƏƏSMN tərəfindən həyata keçirilir. Layihənin məqsədi Masallıda yaşayan 16 - 29 yaş arası işsiz, iş axtaran və biznesini qurmaq istəyən gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini Masallı SYSLAB Mərkəzində 2 ay müddətində gündəlik iş rejimində, həftənin 5 günü saat 09:00-13:00 arası olmaqla həyata keçirəcəklər.

İş tapan və ya biznesini quran şəxs layihənin uğurlu iştirakçısı kimi, layihəni tərk edir. Layihə müddəti işaxtarma bacarıqlarının inkişafı təlimləri (Özünü təqdimetmə, CV, müsahibə, şəbəkələşmə, şirkətlərə səfər texnikası və s.), fəal iş axtarma, öz işini qurmaqla bağlı praktik tövsiyyələr, şəbəkənin genişləndirməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyyə məktubları veriləcək. LAYİHƏDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR. Maraqlanan şəxslərdən öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Əlaqə nömrəsi: +994 70 (51) 413 2500

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 37
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 81
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 255
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 930
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 338
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 519
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 607
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 734
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 679
“Biologiyanın intera...