Bazar, 1 Mart, 2026

Məktəblilər cənub bölgəsinin aqrar / ekoturizm məkanları ilə tanış olublar


  • Dərc edildi: 4 İyul, 2022 - 06:42
Məktəblilər cənub bölgəsinin aqrar / ekoturizm məkanları ilə tanış olublar

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu. Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər məktəblərində təhsil alan 500 şagird “AgriVision” layihəsinə cəlb olunan turizm müəssisələrinə səfər edib aqrar/eko-turizm konsepsiyası ilə yerində tanış oldular. Proqramın əsas məqsədi şagirdləri qida istehsalı üçün zəruri olan proseslər və resurslar haqqında maarifləndirmək və onları aqrar/eko turizm xidmətləri barədə məlumatlandırmaqdı. Bundan əlavə “Məktəbdən təsərrüfata” proqramı layihə çərçivəsində seçilmiş təsərrüfatlara yeni və ya genişləndirilmiş aqroturizm xidmətlərini sınaqdan keçirmək imkanı da vermişdir. Proqram səfərləri zamanı şagirdlər seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekotur

izm xidmətlərini müşahidə etmək, təsərrüfat daxili gəzinti ilə kənd təsərrüfatı və kənd həyatı ilə tanış olmaq şansı əldə etdilər. Həmçinin, onlar aqrar/ekoturizm xidmətlərinin digər turizm imkanları ilə necə birləşə biləcəyini, bu kimi turizm növlərinin oxşar və fərqli cəhətlərini daha yaxşı öyrənə bildilər. Bütün bu səfərlər ərzində hər bir aqrar/eko-turizm məntəqəsində təsərrüfat sahibləri tərəfindən keçirilən təqdimatlar məktəblilər tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Bundan əlavə olaraq, proqram çərçivəsində şagirdlərin vaxtlarını daha maraqlı keçirə bilmələri üçün turizm müəssisələri daxilində uşaq əyləncə imkanları istifadə olundu və layihə komandası tərəfindən müxtəlif oyunlar təşkil edildi. Qeyd edək ki, “AgriVision” layihəsinin icraçıları bu kimi proqramların tədris prosesinə daxil edilməsinə və öyrənmə təcrübəsini tamamlamasına kömək etmək üçün səfərdən sonra əməkdaşlıq edilən təhsil idarələrini layihə çərçivəsində hazırlanmış bələdçi kitabları ilə təmin edəcək və “Məktəbdən təsərrüfata” proqramını məktəb kurikulumunun illik komponentinə çevirmək potensialını araşdırmaq üçün Təhsil Nazirliyi ilə işləyəcəkdir.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 667
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 268
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 228
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 432
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 99
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 312
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 423
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 511
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 648
Qarabağda iş imkanla...