Bazar, 25 Yanvar, 2026

"Mənim İlk Təqaüdüm. Təqaüdün A-dan Z-yə hər şeyi. " - Təlim


  • Dərc edildi: 13 Dekabr, 2019 - 13:17
"Mənim İlk Təqaüdüm. Təqaüdün A-dan Z-yə hər şeyi. " - Təlim

❕"Brain Design" şirkəti artıq daha bir silsilə təlimi ilə sizin görüşünüzə gəlir. ✨ "Binəqədi Gənclər Evi"ndə keçiriləcək altıncı görüşümüzdə sizinlə Təhsil Naziliyinin mütəxəssisi, BDU-nun müəllimi Fərid Seyfullayevin təqdimatında "Mənim İlk Təqaüdüm. Təqaüdün A-dan Z-yə hər şeyi. " mövzusu ilə birlikdə olacayıq. Yerlər məhdud sayda nəzərdə tutulduğundan qeydiyyatdan keçməyə tələsin. ✨ Təlim tam Ödənişsizdir və sizin inkişafınıza xidmət edir. ▫️"Mənim İlk Təqaüdüm. Təqaüdün A-dan Z-yə hər şeyi. " Hər kəsin xəyallarında olan xaricdə təhsil macəralarının reallaşması çox zaman qazanılan təqaüdlərin hesabına reallaşır. Cəmiyyətdə hər bir gəncinin xaricdə təhsil üçün son ümid nöqtəsi olan təqaüdlərsiz xaricdə təhsil planlamasını təsəvvür belə edə bilmərik. Bunun üçün bir çox səbəb var. Amma biz bu səbəblərdən yox, daha real olan nəticələrdən danışmaq istəyirik. Təlimçi Fərid Seyfullayevin təqdimatı ilə "Mənim ilk təqaüdüm - Təqaüdün A-dan Z-yə hər şeyi" haqqında danışacayıq: motivation, recommendations, applications and so on. ▫️1. Necə təqaüd qazana bilərəm? 2. Necə edim motivasiya məktubum diqqət cəlb etsin? ▫️3. Oksford Universitetindən professordan necə tövsiyyə məktubu alım? 4. CV çox boş görsənir, nə edim? ▫️5. Görəsən hansı ölkələrə təqaüd var? Sizi də bu suallar maraqlandırırsa, o zaman seminarımıza qatılın və suallarınıza Brain Design'la birgə cavab tapın. Təlimçi haqqında : Mən Fərid Seyfullayev 2009-cu ildən AMEA Mərkəzi Nəbatat Bağında çalışır. Hal-hazırda da bu təşkilatda sektor rəhbəri və Gənc Alim və Mütəxəssislər Şurasının Sədri vəzifəsində çalışıram. Eyni zamanda bütün Elmlər Akademiyası üzrə Gənc Alim və Mütəxəssislər Şurasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəriyəm. Bağda ekooloji maarifləndirmə üzrə məsul şəxs olaraq azərbaycan, ingilis dillərində məktəbilər üçün maraqlı, interaktiv və praktiki ekskursiyalar və təlimlər təşkil edirəm.. 2018-ci ildən

Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzində mütəxəsis və dərnəy rəhbəri olaraq çalışıram. Bakı şəhəri 2 saylı texniki-humanitar liseydə ötən il ekoloji dərnəyin bu ildən isə “Gənc Natiq” dərnəyinin rəhbəriyəm. Layihələrdə, yay məktəblərində, məktəbli və skaut düşərgələrində ekoloji mövzularda və fərdi unkişafla bağlı təlimlər vermişəm. Eyni zamanda Gənc alimlər üçün “Mənim ilk təqaüdüm”, “Karyera və şəbəkələşmə”, “Təqdimat bacarıqları”, “Natiqlik” və.s. mövzularda təlimlər keçirəm. Dünyanın 3 ən məşhur təqaüd proqramı olan Fulbright, DAAD və Erasmus təqaüdlərini qazanmışam. Bunun nəticəsində 1 il Almaniyada (Potsdam və Göttingen) və 3 ay ABŞ-da (Minneapolis) işləyib və tədqiqat apara bildim. Bundan başqa Dünya Alimləri Federasiyasının, Almaniyanın Georg-August Universitetinin, Almaniyanın Volkswagen Fondunun, Türkiyənin TUBİTAK Fondunun, Avropa Meşə İnstitutunun, Beynəlxalq Botanika Bağları Cəmiyyətinin, İsveçrə Elm Fondunun, Gənclər Fondunun və Gənclər Nazirliyinin Grant və təqaüdlərini qazanaraq Almaniya, İtaliya, İsveçrə (1 ay), İspaniya, Hollandiya, Belarusiya, Rusiya, Çin (1 ay), Cənubi Afrika Respublikası, İran, Türkiyə, Gürcüstan kimi dövlətlərdə Beynəlxalq təlim kurslarında və konfranslarda iştirak etmişəm. Tarix: 15 dekabr, 11:00 ☑️Məkan: Binəqədi rayonu,Süleyman Sani Axundov küçəsi 13/37 ❗Təlimdə iştirak ÖDƏNİŞSİZDİR✨ ♨️ Yerlər məhduddur! Qeydiyyatdan keçməyə tələsin! Qeydiyyatın bitmə tarixi: 14 dekabr, 18:00 Qeydiyyat linki: https://forms.gle/2SQsV2QDzPNyM3Qi7 Bizimlə əlaqə üçün: 077-533-41-86 055 682-62-44 [email protected] [email protected]

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 112
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 183
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 25
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 286
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 38
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 83
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 120
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 298
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 119
“İngilis dili üzrə b...