2-ci Milli Yaylaq Festivalı keçiriləcək!

Tarixi Gəncəbasarın Sarıyal nahiyəsində, Göygöl rayonunun əsrarəngiz Xan Yaylağı ərazisində orijinal üslübda etno-qəsəbənin yaradılmasına başlanılıb.
“Xan Yaylağı” adlı etno-qəsəbə iyul ayının ortalarından etibarən fəaliyyətə başlayacaq və turistlər üçün xidmət göstərəcək.
İyul ayının son həftəsində “MİLLİ YAYLAQ FESTİVALI” adlı genişmiqyaslı el şənliyi - etnoqrafik-mədəni-idman tədbiri düzənlənəcək.

Festival “Cavad xan" Tarix və Mədəniyyət Fondunun təşəbbüsü əsasında TİKA, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnospor Konfederasiyası, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Göygöl rayon İcra Hakimiyyəti və digər tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.

#

Hacıkənddə baş tutacaq festivalda iştirak etmək sərbəstdir və ödənişsizdir!

#


Cəsarət, qorxularımza və tərəddüdlərimizə baxmayaraq, çətin olan bir şeyi həyata keçirməyi istəməkdir!

"Paraşütdən atlamaq" - çox az insan tapılar ki, həyatında bir dəfə olsun bu fərqli hissləri yaşamaq istəməsin.

Sarıyal nahiyəsi və Cavad Xan zirvəsi yamac paraşütü üçün münbit bir yerdir!

II Milli Yaylaq Festifalında "kap.az" sizə bu fərqli hissləri yaşamaq üçün Azərbaycanın ən seçkin Yamac Paraşütçülərini səfərbər edəcək.




FESTİVAL HAQQINDA DAHA ƏTRAFLI:





Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Tarixdən də bəlli olduğu kimi, ölkəmizin ərazisində yaşı min illərlə ölçülən möhtəşəm şəhərsalma ənənələri olub. Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı aşkarlanan antik və orta əsr qalıqları, mövcud qədim şəhərlər və onların unikal infrastrukturu dünya şəhərsalma inciləri sırasına daxil olmağa layiq nümunələrdir.

Xalqımızın zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar.

Tarixən, əvvəllər əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi Azərbaycanın əksər bölgələrində, eləcə də müasir İrandaın şimalında(Cənubi Azərbaycan ərazisində) geniş yayılmışdır.

Yay aylarında ölkəmizin düzənlik, aran bölgələrində havaların olduqca isti keçməsini və otlaq sahələrinin, yem mənbələrinin kasadlaşdığını nəzərə alaraq, ənənəvi heyvandarlıqla məşğul olan əhali daimi yaşayış yerlərini(qışlaqları), kəndləri müvəqqəti tərk edərək, sərin dağ bölgələrinə, geniş və bol otlaq sahələrinə köç edərdilər.

FESTİVAL HAQQINDABu mövsümi köçərilik adətən hava şəraitindən asılı olaraq, may ayından başlayaraq sentyabr-oktyabr aylarına qədər, yəni təqribən 5-6 aya qədər davam edə bilərdi. Bu ənənələrə uyğun olaraq, ölkəmizin hər bir bölgəsinin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır.

Aran və Aşağı Qarabağ əhalisi ənənəvi olaraq Dağlıq Qarabağın səfalı yaylaqlarına köç edərdi. Mərkəzi, şimal-qərb və şimal-şərq bölgələrimizin əhalisi müvafiq olaraq daha yaxın olan Böyük Qafqazın cənub yamaclarna, cənub-qərb bölgəsi isə Talış dağlarına üz tutardı. Qazax-Şəmşədil əhalisi Kiçik Qafqazın şimal yamaclarına və Göyçə ətrafına yerləşərdi.

Qədim Gəncənin və Gəncəbasar əhalisinin ənənəvi yaylaq məskənləri isə indiki Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının yaylaqları olubdur.





Sovet dönəmində belə, milli ənənələrinin və xalqımızın yüzilliklərlə formalaşan həyat tərzinin kollektivləşmə nəticəsində basqı altında olduğu bir vaxtda, əhalimizin bir qismi yay aylarında ənənəvi olaraq yenə yaylaqlara üz tutardı.

İnsanlar dağ yaylaqlarının geniş və bərəkətli subalp çəmənliklərində yurdlar, dəyələr qurub ailəlikcə yaşayıb, dincələrdi.

Əminliklə söyləmək olar ki, son yüz illiklərdə bu artıq əksər vaxt birbaşa heyvandarlıqla məşğul olmayan əhalinin də həyat tərzinə çevrilmişdir.

Yəni, bilavasitə heyvandarlıqla, kənd təsərrufatı ilə məşğul olmayan rayon və şəhər əhalisinin də yetərincə böyük bir hissəsi yay aylarında elliklə yaylaqlara köç edərdi.

Sənətkarlar, tacirlər, musiqiçilər və, demək olar ki, əksər peşə nümayəndələri yaylağı özlərinə yurd seçərdi və yay ayları ərzində yaylaqlar bölgə əhalisinin mədəni və iqtisadi mərkəzinə çevrilərdi.





Yaylağının ərazisində orijinal üslübda “Yaylaq Yurdu” adlı etno-qəsəbə yer alır.

Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq güşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər tematik sahələr mövcuddur.

Yaradılmış etno-qəsəbə yerli və xarici turistlər, qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Etno-qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi Milli Yaylaq Festivalı( etnoqrafik-mədəni-idman tədbiri) düzənlənəcək.

Milli Yaylaq Festivalı şərti olaraq üç hissədən ibarətdir:

A) Mədəni-etnoqrafik hissə;
B) Milli Yaylaq (idman) Oyunları
C) Eko-etnoturizm





MƏDƏNİ-ETNOQRAFİK HİSSƏ





MƏDƏNİ-ETNOQRAFİK HİSSƏ
1. Aşıqların deyişməsi,2. Milli rəqslər (yallılar, cəngilər)3. Xalq mahnıları,4. Səhnələr, tamaşalar;5. Əski xalq oyunları(dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi)

6. Yaylaq kulinariya nümunələri(odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sac üstü kətələr, kabablar və s)

7. Tətbiqi sənət nümunələri nümayişi və satış-sərgisi (səbətlər, həsir, suvenirlər, yəhər, qantarğa və s.)

8. Qoçların, qurbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi

9. Yaylaq və spesifik k/t malları yarmarkası (herbal aptek (dağların müalicəvi bitkiləri), yun, keçə, bal, ət və süd məhsulları ( motal və digər pendir növləri)

10. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər, saxurlar və d.) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışları









MİLLİ YAYLAQ OYUNLARI






“Yaylaq (İdman) Oyunları” şərti adı altında qədim kökə söykənən yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq:

1. Yorğa at yarışları (Müxtəlif məsafələr və kateqoriyalarda)
2. Milli güləş yarışı
3. Çaparaq at yarışları
4. Qurşaq güləşi(Kəmər güləşi)

Nümunəvi çıxışlar:

5. Atlar üzərində igidlik("cigitovka")
6. Atüstü milli oyunlar: "Çövkən”, “Baharbənd", "Sürpapaq", "Piyalə", “Ər endir (atüstü güləş), "Gərdək qaçırmaq"
7. Zorxana
8. Kəndirbazlıq
9. Ox atma
10. Pəhləvanlıq

Qonaqlar və turislər arasında kütləvi oyun-yarışmalar:

1. Masa güləşi (ağac çəkmə)
2. Kəmənd (kəndir) dartma
3. Nərd yarışı
4. Çuval-qaçdı
5. Qalaqapı (QO)








EKO-AQRO-ETNOTURİZM






1. Turistlər üçün xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı.

2. “Yaylaqda 1 gün”- Turistlər üçün şərti olaraq XVIII əsrin ənənəvi yaylağına “səyahət”.
Etnoqrafik eko-qəsəbədə 1 gün yaşamaq, eyni həyat tərzi sürmək(inək və ya qoyun/keçi) tarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nəhrə çalmaq, tətbiqi sənətlə məşğul olmaq, milli kulinariya nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və s.)

3. Bölgənin məşhur yerlərinə- məkanlarına turlar(hiking)-Sarıyal zirvəsi, Turşsu, Kəpəz dağı)

4. Müxtəlif maraqlı yerlərə atlı gəzintilər, səyahətlər

5. Regionun müxtəlif tarixi yerlərinə və gəzməli məkanlarına tanıtım ekskursiyaları.
(Gəncə və Göygöl şəhər turu, Göygöl Milli Parkı, Cavad Xan Zirvəsi)







Suallarınız olarsa, ətraflı məlumat üçün:
(+994 99) 565 20 20


Paylaş