Cümə axşamı, 23 Aprel, 2026

“Mini MBA-Hər kəs üçün” proqram - ÖDƏNİŞSİZ KURS!


  • Dərc edildi: 25 Yanvar, 2018 - 21:23
“Mini MBA-Hər kəs üçün” proqram - ÖDƏNİŞSİZ KURS!

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2018-ci il üçün planlaşdırılmış fəaliyyət istiqamətlərindən biri olan “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi ” çərçivəsində “Mini MBA-Hər kəs üçün” proqramını həyata keçirir. Proqram çərçivəsində 3 ay müdətində 30 nəfər gəncə mütəxəssislər və müxtəlif iş adamlarının mentorluğu ilə “Mini MBA” (Master of Business Administration) mövzusunda ödənişsiz kurs, təlimlər keçiriləcəkdir. Bu intensiv və çətin proqramdır. Bu marafona hazırsınız? -Mini MBA nədir və nəyi hədəfləyir? +İş dünyasının qarışıq, bir-birindən asılı və dinamik bir ortamda doğru qərarlar ala biləcək, gərəkli bacarıq və biliklərə sahib gənc idarəçilərə ehtiyacı vardır. Mini MBA kursu seminarlar, keys həlləri, müzakirələr, qrup işləri və digər fəaliyyətlərin kompleks istifadəsi ilə bir-birindən fərqli ixtisaslar üzrə təhsil alan idarəetmə və bizneslə maraqlanan tələbələrdə stratejik düşünmə, planlama,

idarəetmə və qərarvermə səriştələrini aşılamağı hədəfləyir. -Mini MBA Proqramı nədən ibarətdir? +Mini MBA Proqramı çərçivəsində həftədə 2 dəfə olmaqla 3 ay müddətində 11 dərs 1 simulyasiya oyunu keçiriləcək. Dərslərin mövzuları: *İdarəçilər üçün iqtisadiyyat *Maliyyə *Qərarvermə *İş dünyasında etika *İdarəetmə bacarıqlarının inkişaf etdirilməsi *Marketinq strategiyası *Strategiya, təşkilat və innovasiya *Əməliyyatlar menecmenti *Liderlik, yenilik və məsuliyyət *Korporativ idarəetmə və təşkilati davranış *Biznes planın yazılması -Kimlər iştirak edə bilər və iştirak üçün nə etmək lazımdır? +Kursda iştirak üçün ixtisas və kurs fərqi olmadan bütün bakalavr tələbələri müraciət edə bilərlər. 31 yanvar son müraciət tarixidir. Proqramda iştirak üçün müraciət edən gənclər öz CV-lərini və motivasiya məktubunu [email protected] ünvanına göndərməlidirlər. E-mail ünvanlayarkən mövzu yerinə “Mini MBA” yazmaq mütləqdir. Proqramda iştirak ÖDƏNİŞSİZDiR! Bütün iştirakçılara uğurlar! Əlavə məlumat və suallar üçün: +99451 439 62 17 İsa Zeynal Ələsgərov [email protected]

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 6
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 77
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 74
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 61
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 323
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 513
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 138
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 140
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1214
SOCAR-ın Sumqayıt və...