Çərşənbə, 28 Yanvar, 2026

“Münaqişə Məktəbi”nə qəbul elanı!


  • Dərc edildi: 7 İyul, 2022 - 22:34
“Münaqişə Məktəbi”nə qəbul elanı!

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan ibarətdir, formal və qeyri-formal təhsil metodlarını əhatə edir. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, sosial münaqişə nəzəriyyələri, beynəlxalq humanitar hüquq normaları kimi nəzəri mövzularla yanaşı, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, münaqişələrin gender aspekti, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. “Münaqişə Məktəbi”ndə müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq. “Münaqişə Məktəbi”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün kiçik maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Maliyyə imkanından əlavə “Alumni+Şəbəkəsi” iştirakçıları üçün nəzərdə tutulmuş təlim və tədbirlərə qatıla biləcəklər. “Münaqişə Məktəbi″

ndə iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və digər meyarlar əsasında aparılacaq. İştirakçıların seçimi müraciət formu və müsahibələr əsasında baş tutacaq. “Münaqişə Məktəbi” 4 – 14 avqust 2022-ci il tarixlərində Bakıda həyata keçiriləcək. Məktəbin keçirilmə formatı offlayndır. “Münaqişə Məktəbi” boyunca iştirakçılar sadəcə nahar və çay fasiləsi ilə təmin olunacaqlar. Nəzərə almağınızı xahiş edirik ki, ölkə kənarında və Bakıdan kənarda yaşayan iştirakçıların yaşayış və yaşayışla bağlı digər xərcləri qarşılanmayacaq. “Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 17 iyul 2022-ci il tarixinədək müraciət formasını qeyd edilən keçidə daxil olaraq tamamlamağınızı xahiş edirik: https://forms.gle/KnXaVbEZsKZzDkUd6 Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik. Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 300
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 298
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 41
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 313
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 48
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 99
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 126
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 307
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 129
“İngilis dili üzrə b...