NƏRGİZin Qəhrəmanı SƏN ol!

Dəyərli Dostlar!
Bu hissləri sözlərə, cümlələrə sığdırmaq o qədər də asan deyil. Körpə bir canın sağlamlığına qovuşması, bir ananın bala itkisi yaşamaması üçün sizin dəstəyinizə ehtiyacımız var. Yaşayan bilər sözləri belə kifayətsizdir. Məhz bu yerdə sizin kimi yardımsevər insanların dəstəyinə ehtiyacımız var. Acının sahibi Nərgiz və ailəsi ola bilər, ama problemlər bölüşdükcə, ağrılar yardımlaşdıqca azalır. Nərgiz çox balacadır, 06.02.2016 təvəllüdlüdür. Ağır xəstəlik olan Spinal Muscular Atrophy (SMA) (Əzələ əriməzindən) əziyyət çəkir. Təəssüfki, gündən-günə bədəni özünü idarə etmə qabiliyyətini itirir. Xəstəliyin ən təhlükəli tərəfi - boğulmadır. Diaqnoz Ankara şəhəri, Haccettepe Tibb Universiteti, Həkim - Haluk Topaloğlu və Bakıda Atlas Klinika və Uşaq Nervoloji klinikasında Füzuli Məmmədov tərəfindən qoyulub. Xəstəliyin müalicəsi yalnız vurulacaq iynə ilə mümkündür. Tək bir iynə ilə Nərgizin yaşamaq şansını ona qaytara bilərik. Bu iynənin qiyməti 125.000 ABŞ dollarıdır. Orta gəlirli ailə üçün bu məbləği toplamaq siz də anlayarsınız ki, çox çətindir. Bu yerdə yardımsevər insanların bu ailənin üzvü kimi hiss etməsi, maddi və mənəvi yardımlarını bizdən əsirgəməməsi bizim üçün çox vacibdir. “Niyə dövlətdən yardım alınmır?” sualı bir çoxlarının ilk ağlına gələn fikir olur. Sizcə övladını qurtarmaq istəyən ana və ata bunu düşünməyib? Dəfələrlə bu cəhdlərlə ümidlənməyibmi? Bəlkə bu dəfəki qurum “HƏ” dedər deyə dəfələrlə xəyalları yarımçıq qalmayıbmı? Onu da qeyd edim ki, lazım olan bütün dövlət strukturlarına müraciət olunub. Nəticə isə yoxdur daha doğrusu “bizdə o qədər vəsait yoxdur” cavabı verilib. Bu cavablara görə körpənin yaşamaq əzmini əlindənmi alaq? Axı bu məsum körpə yaşaya bilər. Bu BİZdən çox asılıdır. Gəlin bir olaq, birlik olaq, bir cana can, bir anaya övlad bağışlayaq. Onun hər nəfəsində bizim də payımız olsun. Bu məqsədlə biz xeyriyyə yarmarkası təşkil edirik. Əgər sizdə Nərgizin QƏHRƏMANI olmaq istəyirsinizsə, yolunuzu bizim yarmarkamızdan salın. Məqsəd yardım etməkdir 1 manat azdır deməyin, sizin azdır dediyiniz o məbləğ bizim ümidimizdir. Maddi yardım edə bilməyən insanlar yaxşı vəziyyətdə olan əşyalarla da dəstək ola bilərsiniz! BİR OLSAQ HEÇ BİR XƏSTƏLİK KÖRPƏ CANLARI BİZDƏN ALA BİLMƏZ ALLAHIN İZNİ İLƏ! Qeyd edim ki, ailə öz çabaları və xeyirxah insanların dəstəyi ilə artıq 84.500 manat toplaya bilib.
Qeyd: Dəstək olmaq istəyənlər [email protected] yaza bilər. Qəlbi bizimlə olan hər kəsə təşəkkür edirik.
Ailə ilə şəxsən əlaqə yaratmaq istəyənlər üçün +994 50 862 52 18 (Nərgizin anası)
BANK REKVİZİTLƏRİ
KAPİTAL BANKIN MƏRKƏZ FİLİALİ
BENEFİCİARY: MEMMEDOVA KONUL ELCİN
ACCOUNT NUMBER:AZN AZ02AIIB45810019441020005102
CARD ACCOUNT NUMBER: 38810944004980707102
SWIFT code: AIIBAZ2X
MilliÖn Bank Xidmətləri Kapital Bank Kart hesabının artırılması Kod 4169 7332 1323 0761
Correspondent Banks
For EUR
Raiffeisen Bank International AG, Vienna, Austria
SWIFT code: RZBAATWW
Corr.account: 001-55.075.527
FOR USD
Raiffeisen Bank International AG, Vienna, Austria
SWIFT code: RZBAATWW
Corr.account: 070-55.075.527
AT27310000705
Paylaş