Bazar ertəsi, 1 Dekabr, 2025
Reklam

Xalq rəssamı Rafiq Mehdiyevin 85 illik yubileyinə həsr olunmuş anım günü


  • Dərc edildi: 25 Oktyabr, 2018 - 17:32
Xalq rəssamı Rafiq Mehdiyevin 85 illik yubileyinə həsr olunmuş anım günü

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət
Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il 30 oktyabr saat 16:00-da Muzey
Mərkəzinin Akt zalında Azərbaycanın Xalq rəssamı Rafiq Mehdiyevin 85 illik
yubileyinə həsr olunmuş anım günü keçiriləcəkdir.
“İz” layihəsi çərçivəsində keçirilən silsilə tərbirlərdən növbətisi rəssam
Rafiq Mehdiyevin Azərbaycan incəsənətində keçdiyi inkişaf yoluna həsr olunub.
Rafiq Mahmud oğlu Mehdiyev 1933-cü il iyunun 10-da Naxçıvan MR
Şahbuz rayonunda anadan olmuşdur. 1948-1953-cü illərdə Əzim Əzimzadə
adına rəssamlıq texnikumunda, 1953-1958-ci illərdə Surikov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsində təhsil almışdır.
Rafiq Mehdiyevin yaradıcılığının formalaşıb inkişaf etməsində rus
rəssamlıq məktəbinin böyük təsiri olmuşdur. Rəssam 1959-cu ildə Moskvada
keçirilən “Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi” və “Ümumittifaq
təsviri incəsənət sərgisi”ndə iştirak etmişdir.
Rəssam kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərmişdir. O, Cəlil
Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqalı uşaq”,
“Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkmişdir.
Rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin
“Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks
olunur.
Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu
Reklam
ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyündə
rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimov “Gələcək gün”
romanına çəkdiyi linoqravüralar nümayiş etdirilmişdir.
Rafiq Mehdiyev monotipya texnikasında bir sıra əsərlər yaratmışdır. Onların
içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son
gün”, “Güllələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd
etmək olar.
Rəssam dəzgah qrafikası ilə yanaşı gözəl rəngkarlıq nümunələri
yaratmışdır. O, 1965-ci ildə Moskvada təşkil olunmuş “Sülhün keşiyində”
Ümumittifaq bədii sərgisində nümayiş etdirilən “Həyat” tablosu, elə həmin il
Bakıda təşkil olunmuş “Sülhün keşiyində” respublika bədii sərgisində də iştirak
etmişdir. Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm
yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları nümayiş olunmuşdur.
Rafiq Mehdiyev 1980-cı ildə əməkdar rəssam, 1988-ci ildə dosent, 1992-ci
ildə isə professor və Xalq rəssamı fəxri adına layiq görülmüşdür. O, 2003-cü
ildən prezident təqaüdçüsü olmuşdur.
Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.
Tədbirdə Rafiq Mehdiyevin əsərlərininn təqdimatının keçirilməsi nəzərdə
tutulur.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
27 Noyabr, 2025 - 21:29 29
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 529
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 176
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 156
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 499
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 529
Qubadlıya öz sahiblə...