Çərşənbə, 15 Aprel, 2026

“Nəsimi ili” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi elan olunur


  • Dərc edildi: 17 İyul, 2019 - 19:51
“Nəsimi ili” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi elan olunur. Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim – 2019” və ya http://xsm.az/site/menimyaytetilim2019/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız təl

əb olunur.  Qeydiyyat 2019-cu il oktyabr ayının 15-dək aparılacaq.  Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası  Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.  Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.  Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.  Unutmayın ki, bu bir məşğuliyyət növüdür!  I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.  Mükafatlandırma fondu  Ən fəal 1 tədris müəssəsinin kollektiv sərgisi  Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Ən Son Məqalələr

Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 31
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 51
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 36
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 299
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 482
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 118
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 120
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1185
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 659
Autizmli gənclərin t...