Çərşənbə, 25 Mart, 2026

“Rabitabank”da vakansiya


  • Dərc edildi: 17 İyul, 2019 - 19:43
“Rabitabank”da vakansiya

“Rabitabank” ASC-nın Bakı, Sumqayıt, Gəncə, Ağcəbədi, Quba, Qusar, Şamaxı və Şəki filiallarına KOS (SME) Kredit Mütəxəssisləri vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. Vəzifə: KOS (SME) Kredit Mütəxəssisi Vəzifə öhdəlikləri:  Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;  Filialın kiçik, orta və iri kreditlərinin planının icrasını və çarpaz satışını təmin etmək;  Kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək, təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;  Potensial müştərilərin təhlilini apararaq, müvafiq sənədləri kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;  Korporativ müştərilərin loyallığının tə

min edilməsi üçün zəruri tədbirlər görmək;  Korporativ məhsulların təkmilləşdiriməsinə dair təkliflər vermək. Namizədə qarşı tələblər:  Ali təhsil (iqtisadi və maliyyə təhsili olanlara üstünlük verilir);  KOS (SME) kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;  Azərbaycan dilində səlis danışıq qabiliyyəti;  Analitik düşünmə qabiliyyəti;  Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;  MS Office proqramlarında sərbəst istifadə bacarığı;  Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Regionun adı” - KOS (SME) üzrə kredit mütəxəssisi göstərməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız tələblərimizə uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar. Əlaqə vasitələri: E-mail: [email protected] Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 172
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 314
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 58
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 55
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1061
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 512
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 294
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 539
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 159
VI Azərbaycan Astron...