Çərşənbə axşamı, 17 Mart, 2026

Növbəti Karyera İnkişaf Forumu baş tutacaq - QEYDİYYAT!


  • Dərc edildi: 30 Noyabr, 2022 - 11:55
Növbəti Karyera İnkişaf Forumu baş tutacaq - QEYDİYYAT!

Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Karyera İnkişaf Forumu baş tutacaq.

“Gələcəyə hazır ol!” devizi altında keçiriləcək Forumun məqsədi karyera planlaması ilə məşğul olan peşəkarlar arasında əlaqələrin davamlılığını təmin etmək və bu sahədə olan problemlərin həlli yollarını müzakirə etməkdir.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları və gənclərin iştirakı nəzərdə tutulub.Forumda yerli və xarici spikerlərin iştirakı ilə "Karyera Mərkəzlərinin yaratdığı fürsətlər", "Peşəkar karyera mühitində yeni çağırışlar" və "İş mühitində davamlı inkişafı necə təmin etməli" adlı 3 panel müzakirə keçiriləcək.

Forumun işində iştirakçıların fəallığının təmin olunması, məhsuldarlığının artırılması məqsədilə birgə müzakirələr, işçi qruplar formatında görüşlər də nəzərdə tutulub.

Azərbaycan Karyera İnkişaf Forumuna qeydiyyat başladı!

Karyera məsləhətçisi, təlimçi, insan resursları üzrə mütəxəssis, dövlət və özəl sektor nümayəndəsi, TOP menecer, təhsil eksperti, kouç və ya inkişaf mentorusunuz? O zaman, qeydiyyatdan keçməyə tələsin! Ətraflı qeydiyyat üçün daxil ol: www.karyeraforumu.az Son müraciət tarixi: 14 dekabr 2022-ci il, saat 23:59-dək. Qeyd: Forumda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir! İştirak xüsusi seçim əsasında aparılacaq.

Ən Son Məqalələr

Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 25
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 32
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1021
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 442
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 275
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 514
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 141
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 387
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 485
Ödənişsiz və Təqaüdl...