Cümə, 20 Mart, 2026

Təqaüdlü peşə hazırlığı kursları!


  • Dərc edildi: 1 Dekabr, 2022 - 14:21
Təqaüdlü peşə hazırlığı kursları!

Dövlət sektoru ilə özəl sektor əməkdaşlığı çərçivəsində növbəti kurslara qəbul aparılır

Peşə öyrən, işsiz qalma! Mebel ustası, tornaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, frezerçi, qrafik dizayner, elektrik qaz qaynaqçısı, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE), elektrik və avtoarabacıqların sürücüsü, kompüterlərin təmiri və xidməti üzrə texnik və kompüter operatoru sahələri üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin nəzərinə! Kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil ediləcək. Kursların müddəti 2 aydır və peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Hazırlıq kurslarını müvəffəqiyyətlə bitirən şəxslərin bitirdiyi peşə hazırlığı istiqaməti üzrə məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək. 17-50 yaş aralığında, minimum orta təhsilli, kompüterdən istifadə bacarıqlarına malik şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 150
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 44
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1038
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 471
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 394
Digital Marketing üz...