Çərşənbə, 24 Dekabr, 2025

26 "CRM-in biznesdə tətbiqi" seminarı


  • Dərc edildi: 15 Aprel, 2019 - 14:32
26 "CRM-in biznesdə tətbiqi" seminarı

Yeni qurulmuş bizneslərdə sahibkarlar işin sistemləşdirilməsinə diqqət yetirmirlər. İlk vaxtlarda biznes adət edilmiş yollarla idarə olunur. Hamı, hər yerdə və hər şeyi edir. Müəyyən mərhələlərdə bu yanaşma effektiv olur, lakin satışlar və gəlir artdıqca, şirkət böyüməyə başlayır, yeni məhsullar, bazarlar, insanlar yaranır. Bu istər-istəməz idarəetmədə adət edilmiş idarəetmə metodlarının işləməməsinə gətirib çıxarır. Ödənişsiz "CRM-in biznesdə tətbiqi" seminarında iştirakçılar CRM alətlərinin köməyilə satış sistemini necə effektiv idarə etməyi öyrənəcəklər. Vaxt və məkan: Ödənişsiz "CRM-in biznesdə tətbiqi" seminarı TheOffice iş mərkəzində cümə axşamı, 16 aprel 2019-cu il tarixində 19.00 - dan 20.30 - dək keçiriləcək. Ünvan: Bəşir Səfəroğlu küç., 215, Nizami k/t yaxınlığında. Seminar kimlər üçün nəzərdə tutulub? Sahibkarlar İdarəçilər Kommersiya direktorları Satış üzrə direktorlar. Seminarda aşağıdaki mövzulara toxunulacaq: CRM nədir? Müştərilərlə münasibətlər hansı yollarla idarə olunur? Müştəri bazası Satış qıfı Satış prosesi Satışın idarəolunması Ünsiyyət vasitələri Təhlil CRM-in tətbiqi üzrə praktiki keys Seminarın iştirakçılar üçün faydası: Seminardan sonra iştirakçılar CRM-in satışın artırılmasında rolunu öyrənəcəklər Müştəri bazasını qorumaq və artırmaq yollarını öyrənəcəklər Praktiki olaraq CRM-i öz bizneslərində necə tətbiq edilməsi yolunu öyrənəcəklər Dərhal CRM-dən istifadə etmək imkanını əldə edəcəklər Satışı CRM sisteminin vasitəsilə təhlil etməyi öyrənəcə

klər. Təlimçi haqqında: İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərində Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır. Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir. Seminarda iştirak üçün şərtlər: - Seminar praktiki olduğundan yalnız WiFi-ya qoşula bilən notebook və ya planşetlə gələnlər seminarda iştirak edə biləcəklər. - İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər seminarda iştirak edə biləcəklər. Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz: - Seçim turundan keçməklə siz seminarda ödənişsiz iştirak etmək imkanı əldə edirsiniz. - Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz. - Seminarın sonunda iştirakçılara dinləyici sertifikatı təqdim olunacaq. Seminarda iştirak haqqı: 0 AZN Seminarın dili: Azərbaycan Qeydiyyat: LİNK

Ən Son Məqalələr

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 40
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 204
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 52
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 54
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 73
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 664
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 267
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 275
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 576
Xalqları birləşdirən...