Cümə, 16 Oktyabr, 2026

Ölkə üzrə bütün ərazilərində "Məktəbli könüllü” proqramına qeydiyyat davam edir!


  • Dərc edildi: 31 Yanvar, 2024 - 02:24
Ölkə üzrə bütün ərazilərində "Məktəbli könüllü” proqramına qeydiyyat davam edir!

Elm və Təhsil Nazirliyinin dəstəyi, "Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün "Məktəbli könüllü” proqramı həyata keçirilir.   Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkədə ilk dəfə keçirilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafa dəstək olmaq, komandada işləmək bacarığını formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin yetişməsinə dəstək olmaqdır.  

İlkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edən layihəyə bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib.   Qeyd edək ki, proqrama seçim prosesi hazırda davam edir. Proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını ( https://forms.gle/jY4cK2UxqNBQ7UgU7 ) tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 27
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 79
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 249
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 918
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 330
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 512
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 600
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 733
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 674
“Biologiyanın intera...