Çərşənbə axşamı, 24 Mart, 2026

Özünlə Başla! Sabunçu Yay Məktəbi


  • Dərc edildi: 26 May, 2018 - 00:51
Özünlə Başla! Sabunçu Yay Məktəbi

Sabunçu Gənclər Evi Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubleyi münasibətilə gənclərin asudə vaxtının səmərəli təşkili mövzusunda 21-27 iyun tarixlərini əhatə edəcək “Özünlə başla!” yay məktəbi layihəsinə start verir. ”Özünlə başla!” yay məktəbinin məqsədi gənclərdə mühüm sosial və psixoloji səriştələri formalaşdırmaqdır. Gənclər evinin təcrübəli işçi və təlimçi heyəti ilə birgə dəvət olunan mütəxəssislərin hazırladığı yay məktəbinin 1 həftəlik proqramı iştirakçıların fiziki və zehni inkişafına şərait yaratmağa istiqamətlənir. İnteraktiv formada həyata keçirilən təlim mövzuları iştirakçıların dünya görüşünü genişləndirəcək, həm də onlara yeni həyati bacarıqların aşılanmasına yardımçı olacaqdır. Yay məktəbinin əsas mövzuları : 1. Sosial: • Sosial hüquqlar • Ətraf mühit və təkrar emal 2. Psixoloji: • İxtisas seçimi • Sağlam qida və gigiyena Tədris proqramının sonunda iştirakçılar sertifikatla

təltif olunacaqdır. Yay məktəbində iştirak ödənişsizdir. Qida, təlim-tədris və asudə vaxtın səmərəli təşkili Sabunçu Gənclər Evi tərəfindən qarşılanacaqdır. Layihənin keçirilmə tarixi: 21-27 iyul, 10:00-17:00 Layihənin keçirilmə məkanı: Sabunçu Gənclər Evi İştirakçıların seçim meyarı: - 14-15 yaş arası Sabunçu rayonu ərazisində təhsil alan məktəblilər - Təlimdə davamlı olaraq iştirak etməyə imkanı olanlar İştirakçıların sayı məhduddur. Sən də yeniliklərə hazırsansa aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərsən. Qeydiyyat üçün keçid: www.yaymektebi.sge.az Son qeydiyyat tarixi: 31 may 2018-ci il Əlavə məlumat üçün: Ünvan: Yavər Əliyev küçəsi 91,Sabunçu, Bakı, Azərbaycan Telefon: (012) 425 60 21

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 123
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 276
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 54
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 54
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1058
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 508
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 291
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 536
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 157
VI Azərbaycan Astron...