Çərşənbə axşamı, 13 May, 2025

Bugün və sabah Azərbaycanın mədəniyyət liderləri üçün təlim keçiriləcək


  • Dərc edildi: 23 May, 2018 - 21:26
Bugün və sabah Azərbaycanın mədəniyyət liderləri üçün təlim keçiriləcək

British Council Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncənəsət Məkanı ilə birlikdə 24-25 may tarixlərində Azərbaycanın mədəniyyət liderləri üçün iki günlük təlim təşkil edəcək. Təlim "British Council"ın "Bərabərlik, Müxtəliflik və İnklüzivlik" siyasətinə və Nizami Kino Mərkəzinin "Hər kəs üçün kino" strategiyasına uyğun olaraq mədəniyyət mərkəzlərində əlilliyi olan şəxlər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur. Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Bakli tərəfindən keçiriləcək. Cemma Bakli kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriya üçün daha müyəssər edilməsinin yolları haqqında danışacaq. Tədbirin açılış mərasimində Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva "Hər kəs üçün kino"strategiyası və eşitmə məhdudiyyətli icmalar arasında həyata keçirdikləri layihələrdən bəhs edəcək. Tədbirdə bu sahənin yerli mütəxəssisləri də qonaq-spikerlər qismində iştirak edəcək. YARAT Müasir İncəsənət Məkanında (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı) keçiriləcək tədbir hər kəsə açıqdır. Giriş ödənişsizdir. Cümə axşamı 24 May 2018 - 10:00 - Cümə 25 May 2018 - 16:00 I gün – Mədəniyyət mərkəzlərinin fiziki məhdudiyyətli insanlar üçün daha müyəssər edilməsi

24 may, cümə axşamı
09:30 Qonaqların qeydiyyatı Yarat Müasir İncəsənət Mərkəzi
10:00 -10:15 Salamlama Azərbaycan üçün inklüzivlik proqramı Təlimin məzmunu: Məhdud imkanlı insanlara yönəlmiş tədbirlər və "British Council"ın Bərabərlik, fərqlilik və inklüzivlik siyasətinin incəsənət tədbirlərinə təsiri "British Council"ın direktoru Elizabet Uayt    
10:15 -10:45   Təqdimat: "Kino hər kəs üçün" strategiyası: keçmiş və planlaşdırılmış tədbirlər Orxan Cabbarovun rəhbərliyi altında aparılan sual-cavab sessiyası Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva
10:45– 11:15 Təqdimat: "Hər şey bizim əlimizdədir" (Power in our Hands) sənədli filmi, Birləşmiş Krallıqda eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriyaların inkişaf etdirilməsi Orxan Cabbarovun rəhbərliyi altında aparılan sual-cavab sessiyası Müstəqil Kino İdarəsinin tərəfdaşlıq üzrə meneceri Cemma Bakli  
11:15– 11:45     11:45-12:00     Təqdimat: Məkanların daha inklüziv və müyəssər edilməsi: Paralimpiya Komitəsinin ən yaxşı təcrübələri   Aztəminatlı ailələrdən ola uşaqlar üçün mərhələli proqramın həyata keçirilməsi: İmkanlar və problemlər   Orxan Cabbarovun rəhbərliyi altında aparılan sual-cavab sessiyası Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov Təhsil üzrə koordinator Fidan Əmrahlı
12:00 – 12:15 Qəhvə fasiləsi
12:15 – 12:30   12:30-12:45 12:45- 13:00 13:00- 14:00 Təqdimat:   Azərbaycanda bütün icmalar üçün imkanların yaradılması   Məhdudiyyətlər artıq maneə deyil     "DanceAbility" rəqs şirkətinin eşitmə məhdudiyyətli və zəif eşidən insanlar üçün təcrübələri və inklüzivlik strategiyaları       Orxan Cabbarovun rəhbərliyi altında aparılan sual-cavab sessiyası Yarat Müasir İncəsənət Mərkəzi     "Human Foundation" proqramının təsisçisi Fəridə Əskərova “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin rəhbəri Turanə Qasımova       “DanceAbility Azərbaycan”ın təsisçisi və bədii rəhbəri Nigar Sultanova
14:00 – 15:00 Nahar Yarat Müasir İncəsənət Mərkəzi

II gün – Kinoteatrların fiziki məhdudiyyətli insanlar üçün daha müyəssər edilməsi

25 may, cümə günü
09:30 Gəliş və qəhvə fasiləsi Nizami Kino Mərkəzi (4-cü mərtəbə)
10:00 – 10:15 Salamlama nitqləri "British Council"ın direktoru Elizabet Uayt Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva
10:15 – 11:30 Birinci sessiya   Tərəfdaşlıq üzrə menecer Cemma Bakli
11:30 – 12:00 Qəhvə fasiləsi
12:00 – 14:00 Misallarla araşdırma/"Visible Cinema" (Eşitmə məhdudiyyətli və zəif eşidən insanlar üçün aylıq film klubu) Cemma Bakli
14:00 – 15:00 Nahar Kino zalı, foye
15:00 – 16:00 Seminar sual-cavab sessiyası ilə yekunlaşır Cemma Bakli
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb