Piylənmənin Psixoloji Təsirləri

Piylənmənin təsirləri

Piylənmə inkişaf etmiş və inkişaf etməkdə olan dünyanın əksəriyyətinə təsir edən ictimai sağlamlıq problemidir. O, diabet, qaraciyər xəstəliyi, ürək-damar xəstəlikləri, yuxu problemləri həyat keyfiyyətini azaldan onlarla digər xroniki xəstəliklərin inkişaf risknini artırır. ABŞ-da yetişkinlərin 42,4%-nin piylənmədən əziyyət çəkir. Bunların 9,2%-i ağır piylənmədən digər 30,7%-i artıq çəkidən əziyyət çəkir.

Yuxarıda qeyd olunanlar ilə piylənmə arasında güclü əlaqəni göstərən saysız-hesabsız tədqiqatlar olmuşdur, lakin piylənmənin və neyrokoqnitiv pozğunluqlar arasında əlaqəni dəstəkləyən sübutlar daha məhdud olmuşdur. Bununla belə, Raji və həmkarları tərəfindən "Aging and Disease" jurnalında dərc edilən yeni bir araşdırma, artıq yağın beyin sağlamlığına təsir etdiyini aşkar etdi.

Viseral yağ (qarın ətrafında toplanan yağ) və dərialtı yağ

Yağ bədənin vacib hissəsidir və enerji saxlamaq, bizi isti saxlamaq və immunitet sistemi və maddələr mübadiləsi kimi bədən funksiyalarını tənzimləmək üçün onun müəyyən bir hissəsinə ehtiyacımız var. Yağ yalnız çox olduqda, xüsusən də visseral yağ (və ya visseral yağ toxuması) kimi tanınan qarın nahiyəsində yığıldıqda problemli olur. Dəri və əzələ arasında oturan yağ növü olan dərialtı yağdan fərqlidir.Baxmayaraq ki, bütün yağlar hormonal olaraq aktivdir və iltihaba səbəb ola bilir amma visseral yağ dərialtı yağdan daha tez təsir edir. Həddindən artıq visseral yağın bu qədər böyük sağlamlıq problemi olmasının səbəbi budur. Xroniki iltihab immunitet sisteminin və mədə-bağırsağın düzgün funksiyasını poza bilər, tez-tez infeksiyalar, yorğunluq və yuxu problemləri kimi bir sıra simptomlara səbəb olur. Xroniki iltihab mərkəzi sinir sistemindəki toxumalara da təsir edə bilər, çünki iltihab beynə yayıla və neyroiltihablara səbəb ola bilər ki, bu da depressiya və narahatlıq kimi simptomlara səbəb ola biler.

Piylənmə və Alzheimer xəstəliyi

10.000 nəfərin iştirak etdiyi Raji araşdırması.

Komanda üzvləri təxmini 40-50 yaş aralığındakı şəxslər arasında təcrübə aparkən əsasən beynin hipokampus, posterior singulat və prekuneus bu üç sahəsinə diqqət yetirdilər. Çünki onlar Alzheimer xəstəliyinin patoloji inkişafının erkən mərhələsində öz təsirini göstərir.Daha çox piy toxumasına, xüsusən də visseral yağa malik olan tədqiqat iştirakçılarının Alzheimer xəstəliyinə daha çox meyilli olduğunu göstərir.

Psixiatriya üçün önəmi

Psixiatrik pozğunluğu olan xəstələrin piylənmə ehtimalı ümumi əhaliyə nisbətən təxminən 50% daha yüksəkdir. Artan risk təkcə genetika və ya həyat tərzinə görə yaranmır, çünki müəyyən psixiatrik dərmanlar, xüsusən də atipik antipsikotiklər sürətli çəki artımına təsir edir. Buna görə də, bu dərmanların mənfi təsirlərini nəzərə almalıyıq.

Piylənmə və ya digər faktorlar nəticəsində yaranan xroniki iltihab mövcud psixiatrik simptomları açıq şəkildə artırır və neyrokoqnitiv tənəzzülü sürətləndirir.

Əgər beyin sağlamlığını və rifahı inkişaf etdirmək istəyiriksə pəhriz, məşq və digər həyat tərzi yaxşılaşdıran vərdişlər etməliyik.

Bu məqalə “ Psychology Today , Samoon Ahmad” – dan tərcümə olunub.

Tərcüməçi : Telnaz Ağazadə
Paylaş