Layihə haqqında Gənclərin dostluq şəbəkəsi İctimai Birliyi Avropa Gənclər Fondunun dəstəyi ilə “Etniklər arası dialoq və sosial həmrəyliyin inkişafında gənclərin rolunun artırılması” adlı layihənin icrasına başlayır. Layihə çərçivəsində Qusar, Qax və Lənkəran rayonlarında yaşayan etnik xalqların gənc nümayəndələri üçün 2 günlük təlim proqramı keçirilməsi nəzərdə tutulur. Artıq ilk təlim proqramı 5-6 may tarixində Qusar rayonunda keçirilmişdir. Növbəti təlim proqramı isə 26-27 may tarixlərində Qaxda, 2-3 iyun tarixində isə Lənkəranda keçirilməsi nəzərdə tutulur. Aşağıda qeyd olunan siyahıya uyğun olaraq hər rayonda keçirilən təlim proqramına ətraf rayonları təmsil edən gənclərin qeyd olunan tarixə qədər müraciət etməsi tövsiyyə olunur. Layihənin məqsədi və vəzifələri Layihənin məqsədi multikulturalizmin əsas prinsipi olan mədəni bərabərlik və qarşılıqlı dözümlülüyün və etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsində gənclərin rolunun artırılmasıdır. Təlim proqramları hər biri 30 nəfər müxtəlif etnik qrupların və mədəniyyətlərin gənc nümayəndələrini əhatə etməklə, təcrübəli təlimçilər tərəfindən keçiriləcəkdir. Təlim proqramlarında iştirakçılar birgə yaşayış modelinin və mədəniyyətlərarası dialoqun təbliği, və sosial birliyin formalaşmasında müxtəlif etnik qrupları təmsil edən gənclərin həmrəyliyinin əhəmiyyəti, o cümlədən dini dözümlülük, tolerantlıq, multikulturalizm sahəsində maarifləndiriləcəklər. Layihənin metodologiyası: Təlim proqramı əsasən iştirakçıların bilik və bacarıqlarını artırmağa və onlar arasında səmərəli kommunikasiyanın və tərəfdaşlığın qurulmasına xidmət edəcəkdir. Bundan əlavə, təlim hər bir etnik nümayəndə üçün öz mədəniyyətlərini və ənənələrini təmsil etmək üçün nadir bir imkan yaradacaqdır və iştirakçılar öz icmalarında vətəndaş cəmiyyətinin inkişafına necə töhvə verə biləcəkləri barədə geniş məlumat alacaqlar. Təlim proqramı qeyr-formal təhsil təcrübəsi olaraq, müxtəlif növ fəaliyyətlər, məşğələlər və qrup çalışmaları vasitəsilə iştirakçılara nəzəri məsələlər və təcrübi biliklər haqqında öyrənmək şansı yaradacaqdır. Təlimçilər iştirakçıların təcrübələri əsasında onlarda özlərinə inam və bacarıqları inkişaf etdirməyə çalışacaqlar. Kurs iştirakçıların öz təcrübələrində istifadə edə biləcəkləri metod və materiallar üzərində qurulacaq. Kurs təcrübə və qarşılıqlı mübadilə əsasında öyrənmə prinsipinə uyğun qurulub. Təlim proqramının əhatə edəcəyi mövzular: - Mədəniyyət, onun səviyyələri və mədəniyyətlərarası kommunikasiya terminlərinin izahı - Mədəniyyətlərarası qavrama fərqləri və onunla bağlı çətinliklərin aradan qaldırılması yolları - Mədəniyyətlərarası bədən dilinin tərcüməsi və onun izahı, müxtəlifliyin üstünlükləri - Cəmiyyətə qoşulmağın yolları-fərdi inkişafa strateji yanaşma, karyera perspektivləri İştirakçıların profili
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb