Cümə, 30 Yanvar, 2026

Qərb rayonlarında MƏN BU YURDUN ÖVLADIYAM adlı rəsm müsabiqəsi


  • Dərc edildi: 20 Aprel, 2019 - 18:02
Qərb rayonlarında MƏN BU YURDUN ÖVLADIYAM adlı rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, QazaxRayon İcra Hakimiyyətinin, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıcı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının sakinləri olan uşaqlar, yeniyetmələr vəgənclər arasında MƏN BU YURDUN ÖVLADIYAM adlı rəsm müsabiqəsini elan edir. Müsabiqə “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq, dahi yazıçı İsmayıl Şıxlının bədii irsinin təbliği Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəyrayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir. Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər Ad və soyad / Təvəllüd / Əlaqənömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə 1 və ya 2 əsərini2019-cu il may ayının 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prosoekti 75, əlaqə telefonu 29 51 015

an> ) təqdim etməlidir Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. Müsabiqə iki turdan ibarət olacaqdır. I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq I Yer - molbert və yağlı boya dəsti II Yer - molbert və yağlı boya dəsti III Yer - yağlı boya dəsti Həvəsləndirici 10 nəfər yağlı boya dəsti Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular: İsmayil Şıxlı irsiinin təbliği, ədibin əsərlərinə çəkilmişillüstrasiyalar, İsmayıl Şıxlının özünün və onun əsərlərindəki,obrazlarin, həmçinin əsərlərdə qeyd məkanlarin təsviri həmcinin“Dəli Kür” filmindən kadrların və personajların təsviri; Bölgəyə məxsus sənət nümunələri (xalça, dulusçu, misgər); Bölgəyə tarixi abidələri, yerli mətbəx nümunələri; Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri; Bölgə üçün xarakterik olan musiqi və müxtəlif sənət alətinintəsviri; Bu bölgədən çıxmış dahi şəxsiyyətlərin obrazlarının təsviri; Hərbi vətənpərvərlik mövzusu; Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 116
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 173
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 330
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 334
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 46
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 325
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 51
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 110
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 133
Zirə qəsəbəsinə aqro...