Cümə, 30 Yanvar, 2026

"Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verildi


  • Dərc edildi: 20 Aprel, 2019 - 15:07
"Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verildi

Əziz tələbələr, Sizə Yaxın Bankınız - Bank of Baku-nun baş sponsorluğu ilə "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verildi. “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi”nin təşkilatçılığı ilə keçirilən olimpiadada bakalavr pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Qeyd edək ki, qalibləri müxtəlif hədiyyələr gözləyən olimpiadada iştirak ödənişsizdir. Öz bilik və bacarıqlarına güvənən gənclərimizi olimpiadada iştiraka dəvət edir və bütün iştirakçılara uğur diləyirik

Bank of Baku-dan Tələbələrarası İntellekt Olimpiadasına DƏSTƏK!

19 Aprel 2019
Elmin və biliyin gücünə hər zaman inanan, bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə özəl olaraq "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verib. Bankın baş sponsorluğu ilə bilikli və bacarıqlı tələbələr arasında keçiriləcək olimpiadanın əsas məqsədi, gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı verməkdir. Bakalavr pilləsində təhsil alan tələbələr arasında (sonuncu kurs tələbələri istisna olmaqla) təşkil olunan layihədə iştirak ödənişsizdir. İki mərhələdən ibarət olan olimpiadanın ilk turu – 27 aprel, 4 may və 11 may tarixlərində keçiriləcək. Yüksək nəticə göstərən tələbələr final mərhələsində iştirak hüququ qazanacaq. Final mərhələsində iştirak edən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Olimpiadada iştirak etmək istəyən şəxslər, universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya linkə (http://bit.ly/2UxRfm9) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Layihə haqqında daha ətraflı məlumat almaq istəyən şəxslərin (012) 595-05-35, (055) 576-05-35, (070) 576-05-35 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 116
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 176
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 330
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 334
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 47
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 325
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 51
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 110
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 133
Zirə qəsəbəsinə aqro...