6 şirkətdə 10 ədəd müxtəlif növ VAKANSİYALAR - Qeydiyyat tarixləri bugün bitir!

Qeydiyyat tarixi bugün - 28 fevralda bitən 6 müxtəlif şirkətdə 10 ədəd müxtəlif VAKANSİYALAR-la sizləri tanış edirik:

  1. Struktur bölmə: Satış kanalları və Marketinq Departamenti, Əlaqə MərkəziƏmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

    Vəzifə: Kiçik mütəxəssis

    Son müraciət tarixi: 28 fevral 2018-ci il

    İş saatları (iş rejimi): 09:00-18:00

    Vəzifənin öhdəlikləri:

    1. Əlaqə Mərkəzinə gələn zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq;
    2. Müştərilərə çıxış zəngləri etmək, online çat vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
    3. Şirkətin məhsul, tarif və xidmətləri barəsində müştəriləri məlumatlandırmaq;
    4. Telefon vasitəsilə müştərilərə soyuq zənglər etmək, sığorta məhsullarının satışı və çarpaz satışını həyata keçirtmək;
    5. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.

    Namizədə olan tələblər:

    İş təcrübəsi: Tələb edilmir
    Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
    Dil bilikləri: Azərbaycan və rus dilləri yüksək səviyyədə bilməlidir.
    Kompüter bilikləri: MS Office
    Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

    Üstünlükər: İngilis dilini bilənlərə və sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

    İmtiyazlar:
    Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

    Vakansiya üçün müraciət qaydası: CV-lər “Contact center” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
    Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

    Daha ətraflı məlumat: DAXİL OLUN!

    =============================================

  2. Content menecer/ copywriter
    Namizədə tələblər- Kreativ düşüncəyə sahib
    - Azərbaycan və rus dillərində səlis yazma qabiliyyəti, ingilis dili arzuolunandır
    - Səbrli və diqqətcil
    - Mükəmməl rewriting bacarıqları olan
    - SEO anlayışı olan
    - Sosial media trendlərini və texnoloji yenilikləri izləyən
    - Müxtəlif növ mətn, məqalə və təqdimatlarla işləmə, təhlil etmə bacarığı olan
    - Ünsiyyətcil, komanda ilə işləmə bacarığına malik;
    - Dəqiq və detallara diqqət yetirən



    İş barədə ümumi məlumat:
    - Veb səhifələr və sosial media hesabları üçün kontentin hazırlanması, tərcüməsi;
    - Kreativ və marka konseptinə uyğun materiallar hazırlamaq, inkişaf etdirmək və məzmunun davamlılığını təmin etmək;
    - Xidmət və məhsullara dair yaradıcı sloqan və adların hazırlanması;
    - Mətnlərin redaktəsi, korrektəsi və yenilənməsi;
    - Yeni məhsulların veb səhifəyə yerləşdirilməsi
    - Veb səhifələrdə informasiya dolğunluğunun təmin edilməsi, köhnəlmiş məlumatların arxivləşdirilməsi, istifadəçi məlumatlarının təsdiq edilməsi
    - Görülən işlərin (sloqanların, adların, ssenarilərin, mətnlərin və konseptlərin) təqdimatının təşkil edilməsi;
    - Görülmüş işlər haqqında hesabatın tərtib edilməsi.

    Freelancer olaraq əməkdaşlıq mümkündür.

    Elan aşağıdakı namizədlərə aid DEYİL:

    - Marketinq haqqında təməl bilikləri olmayan
    - Ümumiyyətlə kitab oxumayan, dünyagörüşü zəif olan
    - Bu zamana qədər hər- hansı bir məqalə və ya yazı yazmayan, araşdırma aparmayan
    - Rəqəmsal bilikləri olmayan və ya çox zəif olan
    - Texnoloji yeniliklərdən xəbərdar olmayan

    Uyğun namizədlər CV-lərini 28 fevral 2018-ci il tarixinə qədər [email protected] elektron poçt ünvanına Content menecer/ copywriter başlığı ilə göndərə bilərlər.


    =================================

  3. Mühasib tələb olunur!Təcrübə: İş təcrübəsi ən azı 3 il.
    Təhsil: ali təhsili-iqtisadiyyat, maliyyə


    Tələb olunan bilik və bacarıqlar
    - Mühasibat,vergi uçotu
    - Elektron portal proqramı ilə işləmək bacarığının olması
    - Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
    - Vergi orqanları ilə yazışmalar
    - Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
    - BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
    - Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
    - E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
    - 1C üzrə təcrübə
    - Beynəlxalq mühasibatlıq üzrə baza bilikləri

    Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

    Deadline:28.02.2018
    Əmək haqqı müsahibə nəticəsində dəqiqləşdirilir


    ==================================

  4. ASAN Viza - OperatorTələblər

    Təhsil: ali
    Təcrübə: -1-3 il
    IT biliklər: MS Office (Word, Excel, Outlook və s.)
    Dil: İngilis – ( A1-A2) , Rus – ( A1-A2). Ərəb dili bilənlərə üstünlük veriləcək.

    Funksiyalar

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron viza məlumatlarının qeydiyyatının aparılması;
    Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aid məlumatların məxfiliyinin təmin edilməsi;
    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza ilə bağlı suallarının cavablandırılması;
    Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qalma müddətilə bağlı məlumatlandırılması;
    Yarana biləcək hər hansı bir neqativ hallar haqda Asan Viza departamentinin rəhbərliyini dərhal məlumatlandırmaq.

    Bilik və bacarıqlar

    Təşkilatçılıq III səviyyə

    Gündəlik işlərdə vaxtın idarə edilməsi;
    Gündəlik tapşırıqların həyata keçirilməsinin prioritetləşdirmək bacarığı;
    Gündəlik funksiyaların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi.

    Ünsiyyət III səviyyə

    Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq;
    Məlumatı qısa, aydın və dəqiq ötürmək;
    Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

    Təhlil III səviyyə

    Həll edilməli olan problem/tapşırıq barəsində müxtəlif mənbələrdən məlumat toplamaq;
    Problemin/tapşırığın komponentləri arasında qarşılıqlı əlaqəni müəyyən etmək;
    Problemin həll yolunu, yaxud yerinə yetirilmiş tapşırığı məntiqi şəkildə izah edə bilmək.

    Peşəkar bilik və bacarıqlar III səviyyə

    Gündəlik funksiyaların həyata keçirilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, ASAN Viza sistemi barədə müvafiq normativ aktlar);
    Gündəlik funksiyaları yerinə yetirmək üçün bilik və bacarıqların olması;
    İşin səmərəli şəkildə qurulması üçün iş yoldaşları ilə ünsiyyət saxlamaq;
    Yüksək səviyyədə şifahi ünsiyyət və nəzakətli davranış qabiliyyəti, stresə davamlılıq.

    Namizədlər öz CV-lərini ASAN viza- operator qeyd etməklə [email protected] elektron poçt ünvanına 28.02.2018-ci il tarixinə qədər göndərməlidir.
    Daha ətraflı məlumat üçün: daxil olun!

    ===========================================

  5. Struktur bölmə: Sığorta hadisələri şöbəsiƏmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

    Vəzifə: Kiçik mütəxəssis

    Son müraciət tarixi: 28 fevral 2018-ci il

    İş saatları (iş rejimi): 09:00-18:00

    Vəzifənin öhdəlikləri:

    1. Şöbənin ümumi fəaliyyətinin dəstəklənməsi məqsədilə köməkçi funksiyaları yerinə yetirmək;
    2. Qüvvədə olan təlimat və qaydalara əsasən şöbə tərəfindən sənədləri operativ və keyfiyyətli hazırlamaq, şöbə daxilində kargüzarlıq işlərini həyata keçirmək;
    3. Daxil olmuş sığorta hadisələrinə nəzarət etmək və qeydiyyatının aparılması üçün lazımi məlumatları toplamaq, hadisələr üzrə sığorta haqqlarının ödənilməsinə nəzarət etmək;
    4. Sığorta hadisələri ilə bağlı məlumatları əldə etmək, bu məlumatların uyğunluğunu yoxlamaq, zəruri sənədləri tələb etmək;
    5. Sığortalıya, sığorta olunana və müvafiq dövlət orqanlarına məktubların yazılmasını təmin etmək;
    6. Birbaşa rəhbərinin göstərişi ilə digər tapşırıqları yerinə yetirmək.

    Namizədə olan tələblər:

    İş təcrübəsi: Tələb edilmir
    Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, hüquq və iqtisadi təhsilə üstünlük verilir
    Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, xarici dil biliyi üstünlükdür
    Kompüter bilikləri: MS Office
    Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

    İmtiyazlar:
    Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

    Vakansiya üçün müraciət qaydası: CV-lər “Sığorta hadisələri” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
    Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

    =========================================

  6. Hədəf Liseyi Azərbaycan və Rus bölmələri üzrə vakant yerlər elan edir!Azərbaycan bölməsi:

    1. İbtidai sinif müəllimi

    2. İdman müəllimi

    3. Musiqi müəllimi

    4. Psixoloq


    Rus bölməsi:

    1. Riyaziyyat müəllimi

    2. İnformatika müəllimi

    3. İbtidai sinif müəllimi

    4. Texnologiya müəllimi

    5. Tarix müəllimi

    6. Rus dili və ədəbiyyat müəllimi

    7. Musiqi müəllimi


     

    Namizədə tələblər:

    1. 25-40 yaş arası şəxslər

    2. Ali pedaqoji təhsil

    3. Minimum 2 il iş təcrübəsi

    4. Kompüter bilikləri

    5. İşə yaradıcı yanaşma

    6. Cv göndərərkən mövzu yerinə vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.


     

    Son müraciət tarixi - 28.02.2018

    [email protected]
    ========================================

  7. Manufacturing Company is looking for an Accountant Assistant.The duties will include (but are not limited to):

    • Assist in controlling accounts receivable and accounts payable in accordance with set procedures
    • Assist in preparation of payroll, ensure Payroll is completed including payment of state taxes
    • Assist in preparation of SSPF reports (quarterly and annually)
    • Assistance in preparation of annual Tax Reports
    • Entering accounting entries to accounting software
    • Assistance in preparation of management accounts (P&L, Cash Flow statement, Balance Sheet)
    • Regularly working with 1C accounting software
    • Performing other daily accounting tasks as required by Finance Department

    Requirements and skills for this position:

    • University degree in Finance, Accounting.
    • Minimum 1 year of work experience in a related field is required.
    • Strong knowledge of MS Office programs
    • Fluency in English, Azerbaijani and Russian
    • Good knowledge of 1C software

    Location: Garadagh district
    Working hours: 8:00-17:00 (1hr for lunch)
    Salary: 350-400 AZN Net
    Shuttle bus arrangement

    Please send your CV to LİNK

    Deadline for CV submission is 28th of February 2018.


Paylaş