Cümə, 30 Oktyabr, 2026

QHT fəalları üçün təlimlər keçiriləcək


  • Dərc edildi: 13 Fevral, 2018 - 20:10
QHT fəalları üçün təlimlər keçiriləcək

Əziz dostlar, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə beynəlxalq layihələrdə iştirak etmək istəyən gənc QHT fəalları üçün təlimlər elan edir. Layihənin adı: “QHT-lər üçün Erasmus+ proqramı çərçivəsində layihə idarəetməsi üzrə potensial quruculuğu”.

Layihənin əsas məqsədi Azərbaycanda gənclər təşkilatları nümayəndələri üçün beynəlxalq əməkdaşlıq, mobillik və qeyri-formal təhsil sahəsində beynəlxalq layihələrin idarəetməsi sahəsində bacarıq və kompetensiyaları inkişaf etdirməkdir. Müvafiq təlimlər proqramı Erasmus+ proqramının qaydalarını və layihə idarəetməsinin mövzusunu əhatə edəcək. 25 nəfər gənclər təşkilatları nüma
yəndəsi üçün 3 günlük təlim iki beynəlxalq təlimçi tərəfindən 23-25 fevral tarixlərində Bakı şəhərində keçiriləcək. Bakı və ölkəmizin digər regionlarında fəaliyyət göstərən gənclər təşkilatları iştirak üçün dəvət olunurlar. İştirakçılar üçün tələblər: - İngilis dili (beynəlxalq layihələrə müraciət dilinin ingilis dili olmasını və bu səbəbdən təlimin ingilis dilində keçiriləcəyini nəzərə alaraq); - Beynəlxalq layihə idarəetməsində təcrübə; - Üç gün ərzində tam olaraq təlimdə iştirak etmək imkanı. Regionlardan gələn iştirakçıların yol, mehmanxana və yemək xərcləri layihə tərəfindən qarşılanır. Qeydiyyat üçün daxil olun! İlkin seçimdən keçən namizədlərlə Skype müsahibə keçiriləcək.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 17
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 118
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 142
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 322
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1061
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 386
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 569
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 667
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 783
Trabzon Sağlamlıq Qr...