Çərşənbə axşamı, 28 İyul, 2026

"Qızını Oxut" layihəsi çərçivəsində vebinar keçirilib


  • Dərc edildi: 5 Sentyabr, 2020 - 19:58
"Qızını Oxut" layihəsi çərçivəsində vebinar keçirilib

5 sentyabr 2020-ci il tarixində layihə iştirakçısı İlahə Əhlimanovanın moderatorluğu ilə "Qızını Oxut" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda pedaqoq Samirə Həsənova və psixoloq Ruhəngiz Əhmədova təlimçi kimi çıxış etmişdir. Vebinarda 30-dan çox valideyn iştirak etmişdir. Xəzər Gənclər Evi/ Khazar Youth Center-dan olan iştirakçılar tərəfindən həyata keçirilən "Qızını Oxut" adlı sosial təşəbbüsün məqsədi təhsilin qızlar üçün əhəmiyyətinin və vacibliyinin cəmiyyətdə düzgün tənzimlənməsinə dəstək olmaqdır. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur: - Təhsilin qızların həyatındakı əhəmiyyəti və vacib rolu. Günümüzün ən aktual problemi olan erkən nigah hallarının cəmiyyətə mənfi təsiri. - Valideynlərin bu istiqamətdə qız övladlarının təhsilinə düzgün yanaşma tərzi. - Bütün bu faktorların psixoloji təsirləri. Müzakirə zamanı iştirakçıları maraqlandıran suallar pedaqoq və psixoloq tərəfindən cavablandırılıb. Həmçinin, vebinarda iştirak edən valideynlərə sertifikatlar da verilib. Qeyd edək ki, bu təşəbbüs Unicef Azerbaijanın “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəs

ində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Delegation of the European Union to Azerbaijan, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 105
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 35
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 234
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 322
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 436
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 388
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 454
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 628
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 959
Xanımlar üçün Founda...