Cümə, 31 İyul, 2026

Regionlarda 200 gəncə İT üzrə (Proqamlaşdırma, Rəqəmsal marketinq, Qrafik dizayn) ÖDƏNİŞSİZ Təlimlər keçiriləcək - QEYDİYYAT


  • Dərc edildi: 18 Sentyabr, 2023 - 07:25
Regionlarda 200 gəncə İT üzrə (Proqamlaşdırma, Rəqəmsal marketinq, Qrafik dizayn) ÖDƏNİŞSİZ Təlimlər keçiriləcək - QEYDİYYAT

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinin növbəti qrupları üçün qeydiyyat başladı! Layihəyə əsasən, ölkəmizin regionlarında (kəndlərdə) yaşayan 200 nəfər gəncin informasiya texnologiyaları sahələrində bilik və bacarıqlarının artırılmasına dəstək çərçivəsində təlimlər təşkil ediləcək. Təlimlər peşəkar mütəxəssislər tərəfindən aşağıdakı mövzular üzrə tam #ödənişsiz olaraq Sabirabad, Saatlı, Beyləqan, Füzuli, Biləsuvar, Lənkəran, Ağstafa, Tovuz, Ucar və Siyəzən Gənclər Evlərində təşkil ediləcək: - “Backend” proqramlaşdırma - “Frontend” proqramlaşdırma - Rəqəmsal marketinq - Qrafik dizayn. Təlimlərdə iştira

k etmək istəyənlər 30 sentyabr, saat 22:00-dək aşağıda qeyd edilən linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər. https://shorturl.at/fINO4 ℹ Qeyd: Təlimlər 3 ay müddətində (oktyabr-dekabr) davam edəcək. Qeydiyyatdan keçən şəxslər təməl kompüter biliklərini ölçən onlayn imtahanda mütləq iştirak etməlidirlər. Onlayn seçim imtahanında yüksək nəticə əldə edən şəxslər layihədə iştirak etmək hüququ qazanacaqlar. Onlayn seçim linki imtahandan öncə layihəyə müraciət zamanı qeyd etdiyiniz e-mail ünvanına və ya "Whatsapp" nömrənizə göndəriləcək. ✅ Hər birinizə uğurlar arzulayırıq! #Gənclərİdman #AZEYouth

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 119
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 46
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 242
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 326
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 445
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 395
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 461
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 637
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 967
Xanımlar üçün Founda...