Bazar ertəsi, 6 Aprel, 2026

23iniz ilə Hakatona qatılın və 3000 AZN Mükafat Qazanın!


  • Dərc edildi: 19 Sentyabr, 2023 - 08:49
23iniz ilə Hakatona qatılın və 3000 AZN Mükafat Qazanın!

“INNOLAND”də “NASA Space Apps Challenge” hakatonu keçiriləcək 7-8 oktyabr tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçiriləcəkdir. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır. Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmadır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir. Müsabiqədə iştirak üçün komandalar layihə rəhbəri və bir nəfər pr

oqram təminatçısı da daxil olmaqla 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət olmalıdırlar. Tələblərə cavab verən komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edəcəklər. Yekunda orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər yüksək qiymətləndiriləcəkdir. Qaliblər ilk 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq 3000 AZN, 2000 AZN, 1000 AZN ilə mükafatlandırılacaqlar. Hakatona qoşulmaq və texniki tələblərlə tanış olmaq üçün keçid: https://www.spaceappschallenge.org/2023/locations/baku/

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 269
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 441
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 99
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 95
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1141
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 597
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 326
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 590
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 184
VI Azərbaycan Astron...