Cümə axşamı, 26 Mart, 2026

RƏNGKARLIĞI MUZEYİ: ÖZÜNÜ KƏŞF ET USTAD DƏRSLƏRİ


  • Dərc edildi: 12 Sentyabr, 2018 - 12:00
RƏNGKARLIĞI MUZEYİ: ÖZÜNÜ KƏŞF ET USTAD DƏRSLƏRİ

04 İyl - 26 Dek 18

YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyində nümayiş olunan "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərslərə start verir.
“Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng, maraqlı bir layihədir. Ustad dərsləri zamanı siz gündəlik həyat işlərini kənara qoyub, özünüzü tamamilə yaradıcılığa həsr edə biləcəksiniz. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərini yaradacaq. Təcrübəsiz və ilk dəfə əlinizdə fırça tutsanız belə, aparıcı rəssamların məsləhətləri sayəsində, yaradıcı p
otensialınızın yeni üfüqlərini kəşf edəcəksiniz. “Özünü kəşf et” tamamilə yeni bir əyləncə növüdür, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir.
Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.
Proqram:
19 sentyabr – Səbinə Şıxlinskaya Mövzu: Natürmort
26 sentyabr – Əli Şəmsi Mövzu: Sərbəst
İştirakçıların sayı məhdud olduğundan (20 nəfər) qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat çərşənbə - bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (tel.: 050 251 4115)
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi Dövlət Bayrağı Meydanının yaxınlığı

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 176
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 338
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 60
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 60
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1063
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 515
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 297
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 542
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...