Çərşənbə axşamı, 10 Noyabr, 2026

SDGs in ART Workshop


  • Dərc edildi: 15 Fevral, 2019 - 21:04
SDGs in ART Workshop

Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb. Birləşmiş Millətlər Təşkilatının yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar. Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib. Parkın açılışdan öncə yanvar-mart ayları ərzində “Workshop” formatında yaradıcılıq tədbirlərinin keçirilir. Təşəbbüsü təşkilatçı tərəflərlə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi dəstəkləyir. Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks etdirmək üçün müxtəlif səfir və nümayəndələr tərəfindən ağaclar əkiləcək. Parkda incəsənət nümunələrinin yerləşdirilməsi ilə yanaşı çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, HEART, Arts Council Azerbaijan təşkilatının neft çəlləklərinin istifadədən sonrakı emalına töhfə vermək məqsədi ilə yaratdığı ekoloji layihədir. "Art Villa"

Hesen Seyidbeyli, 1, Bakü
17 fevral 14:00-16:00
24 fevral 14:00-16:00

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 93
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 157
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 176
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 377
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1119
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 428
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 606
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 710
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 820
Trabzon Sağlamlıq Qr...