Şənbə, 7 Mart, 2026

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib


  • Dərc edildi: 11 Dekabr, 2025 - 18:51
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib

Sumqayıt Dövlət Universitetinin müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans Heydər Əliyev adına Hərbi İnstitutda keçirilib.


NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramının (DEEP) dəstəyi ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Bosniya və Herseqovina, Monqolustan, Gürcüstan, Ukrayna və Qazaxıstan kimi tərəfdaş ölkələrin nümayəndələri, NATO Əlaqələndirici Ofisinin təmsilçiləri, Türkiyə Milli Müdafiə Universitetinin, Oklahoma Milli Qvardiyasının, Bolqarıstan Hərbi Dəniz Qüvvələri Məktəbinin nümayəndələri, ABŞ-ın Azərbaycandakı Hərbi Qrupunun təmsilçiləri və NATO DEEP proqramının ekspertləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin institutun ərazisindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Açılış mərasimində Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək Azərbaycan–NATO əməkdaşlığının inkişaf tarixi, DEEP proqramı çərçivəsində hərbi təhsil sahəsində son 26 ildə aparılan islahatlar və bu əməkdaşlığın əhəmiyyəti barədə məlumat verib.
Konfrans çərçivəsində “Müasir hərbi təhsil proqramları”, “Hərbi təbabət üzrə araşdırmalar”, “Hərbi qabiliyyətlərin inkişaf etdirilməsi üçün ILIAS və e-portallardan istifadə”, “Hərbi dil təlim-tədrisinin metod və üsulları”, “Müasir hərbi fakültələrin formalaşdırılması və bacarıqlar” mövzularında müzakirələr aparılıb.
Tədbirin elmi hissəsində Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi, dekan müavini Aysel Şamilova da “2016–2020-ci illərdə Azərbaycan Respublikasında ordu quruculuğu prosesi” adlı elmi məqaləsi ilə iştirak edib. Onun məruzəsi Azərbaycan Ordusunun inkişaf mərhələləri, aparılan islahatlar və ordu quruculuğunda yeni dövrün xüsusiyyətləri ilə bağlı olub.
Sonda beynəlxalq elmi konfransın yekun müzakirələri aparılıb və tərəfdaş ölkələr arasında gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 925
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 319
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 249
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 462
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 117
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 346
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 446
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 541
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 674
Qarabağda iş imkanla...