🇪🇺 Şengen vizası üçün ərizə formasını necə dolduraq? - TAM İZAHLI!

🇪🇺 Şengen vizası üçün ərizə formasını necə dolduraq?

🔹İş yerindən arayış, bankdan arayış-çıxarış, fotoşəkil, aviabilet və hotel rezervasiyaları, səyahət sığortası hamımızın edə biləcəyimiz asan işlərdir.

🔹Şengen vizası müraciəti zamanı qarşılaşacağımız ən çətin və vacib məsələ isə ərizə formasının düzgün qaydada doldurulmasıdır.

🔹Hər bir üzv ölkənin ayrıca ərizə forması olsa da ümumi sxem vahid metodika ilə tənzimlənmişdir.

🔹Bəzi səfirliklər onlayn qaydada doldurulduqdan sonra çap edilməsini, bəziləri çap edilmiş ərizə formasını qələmlə və ya kompüterdə doldurulmasını tələb edir.

🔹Seçdiyimiz səfirliyin səhifəsindən ərizə formasınına keçid edirik və 32 suala cavab yazmağa başlayırıq.

1. Surname-Soyadımızı yazırıq.

2. Surname (surnames) at birth (previous)-əvvəlki soyadımız varsa yazılır, əks halda boş qalır.

3. Given name (names)-Adımızı yazırıq.

4. Date of birth (day - month -year)-Doğum tariximizi yazırıq.

5. Place of birth- Doğulduğumuz şəhərin/rayonun adını yazırıq.

6. Country of birth-Doğulduğumuz ölkənin adını yazırıq.

7. Current nationality-Hazırda vətəndaşı olduğumuz ölkənin adı.

🔻Nationality at birth, if different-Anadan olduğumuz vaxt vətəndaşı olduğumuz ölkənin adı.
🔻Other nationalities-varsa digər vətəndaşı olduğumuz ölkənin adı.

8. Sex-kişi və ya qadın olduğumuzu göstəririk. Kİşi-male, qadın-female.

9. Civil status-Evli, subay və s. seçirik.

10. Parental authority (in case of minors) /legal guardian- Valideyn səlahiyyətləri (yetkinlik yaşına çatmayanlar olduqda) /qanuni qəyyum (soyadı, adı, ünvanı, ərizəçidən fərqlidirsə, telefon nömrəsi, elektron poçt ünvanı), ünvanı və vətəndaşlığı.

11. National identity number, where applicable-Buraya şəxsiyyət vəsiqəsinin nömrəsi yazılır. İstisna hal kimi Capago ərizə formasında (Fransa, İspaniya, Portuqaliya, İsveç, Niderland, Belçika, Lüksemburq) “fin kod” yazılır.

12. Type of travel document Səyahət sənədinin növü-Burada sadə xarici pasportu olanlar Ordinary passport seçməlidirlər.

13. Number of travel document- Buraya pasportumuzun nömrəsini yazırıq.

14. Date of issue- Buraya pasportumuzdaki verilmə tarixini yazırıq.

15. Valid until- Buraya pasportumuzun son istifadə tarixini yazırıq.

16. Issued by (country)- Buraya pasportumuzu aldığımız ölkənin adını yazırıq.

17. Personal data of the family member who is an EU, EEA or CH citizen if applicable- Buraya varsa Aİ, AİB və ya İsveçrə vətəndaşı olan ailə üzvümüzün şəxsi məlumatlarını daxil edirik. Yoxdusa boş qoyuruq.

18. Family relationship with an EU, EEA or CH citizen, if applicable-Buraya varsa Aİ, AİB və ya İsveçrə vətəndaşı ilə qohumluq əlaqələrini göstəririk. Yoxdusa boş qoyuruq.

19. Applicant's home address and e-mail address- Buraya ev ünvanı və e-poçt ünvanı (email) yazılır.

20. Residence in a country other then the country of current nationality- Hazırda vətəndaşı olduğumuz ölkəndən fərqli ölkədə yaşayırıqsa “yes”, əks halda “no” seçirik.

21. Current occupation-Buraya vəzifəmizi (peşə) yazırıq.

22. Employer and employer’s address and telephone number. For students, name and address of educational establishment-Buraya iş yerinin adı, ünvanı və telefon nömrəsi yazılır. Tələbələr üçün təhsil müəssisəsinin adı və ünvanı.

23. Purpose(s) of the journey- Səfərin məqsədi “Tourism” yazırıq.

24. Additional information on purpose of stay-Buraya sadəcə “Tourism” yaza bilərik və ya təyinata uyğun olaraq məsələn: “Art and Culture” və s. yazmaq olar.

25. Member State of main destination (and other Member States of destination, if applicable)-Buraya səyahət edəcəyimiz ölkənin (ölkələrin) adını yazırıq.

26. Member state of first entry-Buraya ilk daxil olacağımız üzv (şengen) ölkənin adını yazırıq.

27. Number of entries requested-Burada tək girişli, iki girişli və ya çox girişli viza növlərindən birini deçə bilərik.

🔸A: Intended date of arrival of the first intended stay in the Schengen area- Buraya şengen ərazisinə ilk nəzərdə tutulan tutulan səyahət tarixini yazırıq.

🔸B: Intended date of departure from the Schengen area after the first intended stay- Buraya şengen ərazisini tərk edəcəyimiz tarixi yazırıq.

28. Fingerprints collected previously for the purpose of applying for a Schengen visa, Date, if known, Visa sticker number, if known-Burada şengen vizasına müraciət zamanı əvvəllər alınmış barmaq izləri varsa “yes” seçərək tarixi və viza nömrəsini daxil edirik. əks halda “no” seçirik.

29. Entry permit for the final country of destination, where applicable-Buraya gedəcəyimiz digər ölkənin (şengen ərazisi olmayan) adını və səyahət tarixlərini yazırıq. Yoxdursa boş qoyuruq.

30/31 Burada hotel və ya dəvət edən şəxsin (qurumun) məlumatlarını daxil edirik.

32. Cost of travelling and living during applicant's stay is covered-Burada səyahət və yaşayış xərclərinin necə qarşılanacağı təyinatına uyğun olaraq göstərilir.

✔️Daha sonra “Place and date” yerində yer və tarix yazılır və “Signature” hissəsində imzamızla təsdiqləyirik.

Müəllif: Elşən İsmayılov – Səyahət bloqqeri

Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Schengen Visa Info
Schengen Visa Community

#uçmaqüçündoğulanlar #flyButa #flyazal #vizita #travelblogger #travel #travellingthroughtheworld #turkishairlines #Wizzair #schengenvisa #schengen #schengencountries
Paylaş